Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:21 Son iki ildə dünyada 189 jurnalist öldürülüb | 17:17 İrandan Azərbaycana 136 kq narkotikin keçirilməsinin qarşısı alındı | 17:10 Anasının evinə basqın edərək onu döyən "xeyriyyəçi" saxlanıldı - Anbaan video | 16:53 Ermənistanın ədliyyə naziri: "Qarabağı birləşdirmək kimi bir məqsədimiz yoxdur" | 16:15 Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular | 16:10 "Vəzifəli şəxs" masaj salonunun sahibəsini şantaj etdi, aylıq "haqq" aldı | 15:59 Ölümlə nəticələn qəzaya görə Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq | 15:52 Nisyə mal satanların diqqətinə: Yeni qərar qüvvəyə minəcək | 14:47 Uşaqlarını internata qoyub evə qayıtdı, arvadını bıçaqladı - Xaçmazdakı cinayətin təfərrüatı | 14:41 Noyabrın ən şanslı bürcləri bəlli oldu – Kimləri uğur gözləyir? | 14:27 Noyabrda ardıcıl 4 gün iş olmayacaq | 14:13 Green Card arzusu niyə yarımçıq qalır? – Trampın miqrasiya siyasətinin pərdəarxası | 14:00 Jurnalistlərlə bağlı hadisələrin arxasında hansı səbəblər dayanır? – Açıqlama | 13:54 Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı AÇIQLAMA | 13:36 Binədə törədilən qətllə bağlı ailənin azyaşlı övladı: "Atam dedi ki, əgər burada qalmasanız, sizin üçün yaxşı olmayacaq" | 13:26 Universitet və kolleclərdə vahid geyim forması tətbiq olunacaq? | 13:09 Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia | 13:06 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - Video | 13:01 Geyim qaydalarına əməl etməyən şagirdlərə attestat verilməyəcək? - Rəsmi açıqlama | 12:57 Azərbaycanda reabilitasiya mərkəzlərindən biri ləğv olunur |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan gömrükçüləri külli miqdarda narkotik vasitə aşkar edib

22.07.2025 16:52 651
Azərbaycan gömrükçüləri külli miqdarda narkotik vasitə aşkar edib
Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

"Cənub-Astara" gömrük postunda Azərbaycan Respublikasından tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına "kələm" yükü aparan nəqliyyat vasitəsinə rentgen qurğusunda baxış keçirilib. Daha sonra nəqliyyat vasitəsindəki yükə kinoloji xidmət iti vasitəsilə gömrük yoxlaması tətbiq olunub.

Yoxlama zamanı yükün içərisindən folqaya bükülmüş şəkildə, fiziki görünüşcə kələm formasına salınan və gömrük nəzarətindən gizlədilən 139 ədəd bağlamadan qablaşdırma ilə birgə ümumi çəkisi 39 kq 895 qram narkotik vasitə - marixuana aşkar olunub.

Son xəbərlər