Mojo.az Banner
23:01 Məşhur bitki dərinin qocalmasını dayandıra bilər  |     22:56 Şəkidə cücə sexi yandı  |     22:46 Şirin su balıqları çaylardan yoxa çıxır - Ekoloqlar narahatdır  |     22:42 Hotellərdə qiymət aşağı düşüb? - “Hazırda vəziyyət belədir”  |     22:38 Etibarnamə ilə torpaq alanları hansı risklər gözləyir?  |     22:31 Keçmiş reper baş nazir seçildi  |     22:23 Subasmaya görə köməksiz qalan 9 nəfər xilas edildi - Video  |     22:18 BŞİH gücləndirilmiş iş rejiminə keçib  |     22:13 Masallıda baş verən qəzada 34 yaşlı sürücü öldü  |     22:05 Uşaq neçə saat ekran qarşısında ola bilər? - Yaşa uyğun SAATLAR  |     22:00 Yağış Sabunçu vağzalının qarşısını iflic günə saldı - Video  |     21:52 Hande Erçel sərbəst buraxıldı  |     21:46 İstanbulda zabit və məhkumlar yol qəzasına düşdü - Yaralılar var  |     21:30 Murad Dadaşov əməliyyatdan sonra  |     21:24 Ağsuda qadını öldürüb əkin sahəsinə atdılar: Polis iki nəfəri saxladı  |     21:17 Azərbaycan millisi Sent Lüsiyanı 6:1 hesabı ilə məğlub etdi  |     21:11 Bakıda və Abşeronda yağıntının miqdarı aylıq normanın 195%-ni təşkil edib - FAKTİKİ HAVA  |     21:02 At və uzunqulaqların sayı kəskin azalıb: Səbəb nədir? - Video  |     20:56 İran Səudiyyə Ərəbistanındakı aviabazada yanacaqdaşıyan təyyarələrin məhv edildiyini açıqlayıb  |     20:49 Bakının iki rayonunda yaşayış evlərinin həyətyanı sahələrini su basdı: Sakinlər təxliyə edildilər - Video  |    
Left Banner
Right Banner

Mütəxəssisdən xəbərdarlıq: "Xoş qoxulara aldanmayın, ciddi problemlər yaradır"

25.02.2025 21:40 837
Mütəxəssisdən xəbərdarlıq:
Sinə xəstəlikləri mütəxəssisi Dr. Büşra Yayla Yerlikaya insanların təkcə xoş bir qoxuya aldanmamalı olduğunu bildirərək bəzi kimyəvi qarışıqların şiddətli qıcıqlanmaya və iltihaba səbəb ola biləcəyini vurğulayıb. 

Median.Az "CNN Türk"ə istinadən xəbər verir ki, o, astma xəstəliyi olmayan insanlarda belə bu cür maddələrin oxşar simptomlara yol aça biləcəyini qeyd edib.

Süni qoxular və sağlamlıq riski

Gündəlik həyatın ayrılmaz hissəsinə çevrilən sintetik qoxuların sağlamlığa təsiri ilə bağlı müzakirələr davam edir. Laboratoriya şəraitində istehsal edilən bu ətirlər kosmetika və təmizlik məhsullarında geniş yayılıb. Lakin bu süni komponentlər uzun müddət məruz qalındıqda müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.
Bu ətirlərin tərkibindəki uçucu üzvi birləşmələr, sintetik qoxu vericilər və stabilizatorlar tənəffüs yollarına daxil olaraq qıcıqlanma, iltihab və allergik reaksiyalar yarada bilər. Mövzu ilə bağlı açıqlama verən Dr. Büşra Yayla Yerlikaya deyib: 
"Ətir və ya oxşar məhsullar istifadə edildikdən sonra nəfəs darlığı və öskürək kimi simptomlar yaranarsa, dərhal istifadəyə son verib həkimə müraciət etməyinizi tövsiyə edirik".

"Kimyəvi qarışıqlar endokrin sistemi pozur"

Dr. Yerlikaya bu kimyəvi maddələrin endokrin pozucu təsirə malik olduğunu və reproduktiv sağlamlığa da mənfi təsir göstərə biləcəyini bildirib: 
"Dünya miqyasında böyük sürətlə böyüyən sintetik ətir sənayesi, əsasən, laboratoriya mühitində kimyəvi proseslər vasitəsilə hazırlanır. Bu maddələr çiçəklərin, meyvələrin və ya bitkilərin qoxusunu təqlid edərək kosmetik məhsullardan təmizlik vasitələrinə qədər bir çox yerdə qarşımıza çıxır. Lakin onların sağlamlığa təsiri getdikcə daha çox müzakirə mövzusuna çevrilir".
Sintetik ətirlər uçucu üzvi birləşmələr, spirt və müxtəlif kimyəvi stabilizatorlar ehtiva edir. Bu maddələr havaya qarışaraq tənəffüs yollarına daxil ola bilir və xüsusilə həssas insanlarda qıcıqlanma, iltihab və allergik reaksiyalara səbəb ola bilər.

"Yeni məhsulların təsirini əvvəlcədən yoxlayın"

Dr. Yerlikaya yeni bir məhsul istifadə etməzdən əvvəl dəriyə kiçik miqdarda tətbiq edərək allergik reaksiyanın qarşısını almağın mümkün olduğunu bildirib:
"Astma və xroniki obstruktiv ağciyər xəstəliyi (KOAH) kimi tənəffüs xəstəlikləri olan insanlarda bu kimyəvi maddələr simptomları ağırlaşdıra və tutmaların tezliyini artıra bilər. Uzunmüddətli və intensiv məruz qalma yalnız tənəffüs yollarında qıcıqlanma yaratmır, həm də bədəndə xroniki iltihaba, hormonal pozğunluqlara və immun sistemində problemlərə səbəb ola bilər".
Bu kimyəvi maddələrin baş ağrısı və miqren tutmalarını sürətlədirəcəyini vurğulayan mütəxəssis məhsul etiketlərini diqqətlə oxumağın vacib olduğunu bildirib:
"Əgər dəri və ya tənəffüs sisteminiz həssasdırsa, hipoallergen, təbii tərkibli və ya qoxusuz məhsullara üstünlük verməyiniz məsləhətdir. Bundan əlavə, sertifikatlı və etibarlı markaların məhsullarını seçmək saxta və keyfiyyətə nəzarət olunmamış məhsulların riskini azaldır. Əgər parfüm və ya bənzər məhsul istifadəsindən sonra nəfəs darlığı, öskürək və ya başqa bir narahatlıq hiss edirsinizsə, dərhal istifadəyə son verib həkimə müraciət etməlisiniz".

"Təbii məhsullara üstünlük verin"

Yerlikaya sintetik ətirlərin astma və KOAH kimi xəstəliklərə birbaşa səbəb olub-olmadığını dəqiq deməyin çətin olduğunu, lakin bu xəstəliklərdə genetik və ekoloji faktorların da rol oynadığını bildirib:
"Gündəlik istifadə etdiyiniz kosmetik və qoxu verici məhsulların tərkibinə diqqət yetirin. Təkcə xoş qoxuya aldanmayın; sağlamlığınızı və ətrafınızı qorumaq üçün daha təbii və hipoallergen məhsullara üstünlük verin".
O, xüsusilə ev şəraitində bəzi kimyəvi maddələrin qarışdırılmasının daha şiddətli qıcıqlanmaya və iltihaba səbəb olduğunu bildirib:
"Hətta astma xəstəliyi olmayan insanlarda belə astma simptomlarına bənzər əlamətlər yarana bilər. Bu reaksiyalar sürətlə inkişaf edərək insanları təcili yardıma müraciət etməyə məcbur edə bilər".скачать dle 11.3
Mojo.az Banner