Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:07 Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi | 14:05 Azərbaycan nefti bahalaşıb | 13:58 Tramp marşrutu üzrə texniki planlaşdırmanın detalları açıqlandı | 13:57 İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO | 13:48 Qazaxda iki gənc bir-birini bıçaqlayıb - Təfərrüat (Yenilənib) | 13:40 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb | 13:36 Azərbaycanda kişi videogörüntülərlə şantaj olundu: Şübhəli şəxs həbs edildi | 13:26 İlham Əliyev Xankəndi stadionunun açılışında iştirak edib - Foto | 13:24 Bayram günlərində metroda hərəkətin qrafiki dəyişdiriləcək | 13:11 Sabah Bakıda intensiv yağış yağacaq - 08.11.2026 | 23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı |
Mojo.az Avto
Mojo.az Avto

Qramla satılan ətirlərlə bağlı XƏBƏRDARLIQ - Bu xəstəliklərə yol açır

15.08.2025 16:59 741
Qramla satılan ətirlərlə bağlı XƏBƏRDARLIQ - Bu xəstəliklərə yol açır
Son illərdə ucuz qiymətinə görə bir çox insanın üstünlük verdiyi qramla satılan ətirlər, mütəxəssislərə görə, sağlamlıq üçün ciddi risklər yaradır. Əsas problem bu məhsulların tərkibində gizlənən maddələrdədir.

Bu tip ətirlərdə tez-tez formaldehid, metanol, ftalatlar və sintetik aromatik yağlar kimi maddələr olur.

Bu maddələr yalnız xoş qoxu vermir, həm də dəridən sorularaq qan dövranına qarışa bilir. Nəticədə allergiya, baş ağrısı, tənəffüs çətinliyi, hətta hormon pozğunluqları riski artır.

Keyfiyyətsiz ətirlərdə tez-tez sintetik aromatik maddələr, formaldehid, ftalatlar və metanol kimi ucuz, amma təhlükəli komponentlər yer alır. Bu maddələr allergiya, baş ağrısı, göz və boğazda yanma hissi yarada bilər.

Həmçinin qramla satılan ətirlər çox vaxt saflaşdırılmamış efir yağları və ya yüksək miqdarda spirt ehtiva edir. Həssas dəridə qızartı, qaşınma, səpgilər yarada bilər.

Tez-tez orijinal ətir kimi təqdim olunan, amma ucuz xammalla hazırlanmış saxta qarışıqlardır. İstehsal prosesi gigiyena qaydalarına uyğun olmaya bilər. Keyfiyyətsiz parfümlərdəki bəzi uçucu maddələr (xüsusilə benzol və toluen) tənəffüs yollarında iltihab yarada bilər. Astma və allergiyası olanlarda vəziyyəti ağırlaşdıra bilər.

Bəzi sintetik ətir komponentlərinin xroniki istifadəsi hormon balansını poza, hətta xərçəng riskini artırmaqla əlaqələndirilir (xüsusilə ftalatlar).
//baku.ws

Son xəbərlər