Mojo.az Banner
15:14 Ölkəmizdə minlərlə iş yeri açılacaq — BU SAHƏLƏRDƏ  |     15:01 Şəmkirdə 50 yaşlı kişi faciəli şəkildə öldü  |     13:14 Deputat: Uşaqlar dinin və baş örtüyünün mahiyyətini hələ dərk etmirlər  |     12:31 Aprelin 1-dən kartdan-karta köçürmələrdə komissiya tutulacaq - Rəsmi  |     12:18 Kirayəçi evi boşaltmasa, ev sahibi nə edə bilər? – Hüquqşünasdan açıqlama  |     12:16 Bakıda gecə klubunda dava: Müdir ofisiantı döydü  |     12:10 Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edəcək  |     12:08 Azərbaycan nefti ucuzlaşdı  |     12:07 Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş  |     11:56 İlahiyyatçıdan hicab açıqlaması: Örtünmə hansı yaşdan vacib sayılır?  |     11:53 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olub - Rəsmi (Yenilənib)  |     11:49 Azərbaycan UEFA reytinqində irəlilədi  |     11:46 Plastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasdan məhrum edildi  |     11:43 Şirvanda hündürlükdən yıxılan bir yaşlı uşaq xəstəxanada ölüb  |     11:40 "Valideynlər uşaqlardan alət kimi istifadə etməməlidir" — Psixoloq  |     11:29 Azərbaycanda uşağını bağçaya aparan ana hücuma məruz qaldı: Üç yaşlı oğlu bıçaqlandı - Detallar (Video)  |     11:18 Bir yaşlı Məhəmməd anası tərəfindən amansızlıqla öldürülüb - Təfərrüat  |     11:11 ABŞ-də gənc teleulduz güllələndi  |     20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Qorxunc araşdırma: Ətirlər sağlamlığımız üçün zərərli ola bilərmi?

14.06.2025 22:14 1 035
Qorxunc araşdırma: Ətirlər sağlamlığımız üçün zərərli ola bilərmi?
Alimlər ətir və losyonların insan bədənini əhatə edən kimyəvi müdafiə zonasına necə təsir etdiyini araşdırırlar. Əldə edilən məlumatlar göstərir ki, qoxularla birlikdə yayılan kimyəvi maddələr bu şəxsi qoruyucu hava təbəqəsində dəyişiklik yarada bilər.

Gündəlik həyatda ətir vurmaq və ya losyon istifadə etmək insanın özünü daha yaxşı hiss etməsinə səbəb ola bilər. Ancaq bu vərdişlərin bədənin təbii müdafiə mexanizmləri ilə toqquşduğunu heç düşünmüsünüzmü? Yeni elmi araşdırmalar göstərir ki, şəxsi qulluq məhsulları insan bədəninin ətrafındakı görünməz kimyəvi müdafiə sahəsinə təsir edə bilər.

Alimlərin "oksidləşmə zonası" adlandırdığı bu sahə bədəni əhatə edir və şəxsi hava filtri kimi fəaliyyət göstərir. Dərinin səthindəki yağlar havadakı ozonla reaksiyaya girdikdə hidroksil radikalları (OH) adlanan molekullar yaranır. Bu molekullar ətrafdakı zərərli maddələrlə qarşılıqlı təsirə girərək onları zərərsizləşdirməyə kömək edir.

Lakin ətir və losyon kimi məhsullar bu təbii prosesə müdaxilə edə bilər. Aparılan bir tədqiqatda, nəzarətli qapalı məkanda olan iştirakçılar ətir istifadə etdikdə, onların dərisindən etanol və fenoksietanol kimi uçucu maddələrin havaya yayıldığı müşahidə olunub. Bu maddələr xüsusilə baş və üz bölgəsində toplanaraq normal hava səviyyələrini aşır.

Araşdırmanın növbəti mərhələsində otağa ozon buraxılaraq təbii kimyəvi reaksiyanın necə dəyişdiyi izlənilib. Kokulu məhsullar istifadə olunduqda, hidroksil radikallarının miqdarında 30%-dən çox azalma qeydə alınıb. Bu isə o deməkdir ki, belə məhsullar yalnız qoxu deyil, həm də ətrafımızdakı havanın kimyəvi tərkibinə təsir göstərə bilər.

Araşdırma bu təsirlərin uzunmüddətli sağlamlıq nəticələrini öyrənmir, lakin əldə edilən nəticələr göstərir ki, xüsusilə qapalı mühitlərdə bu kimyəvi qarşılıqlı təsirlərin tənəffüs sağlamlığı baxımından nə məna daşıdığı yenidən düşünülməlidir. Onsuz da çirklənmiş şəhər havası fonunda, bədənin özünün yaratdığı bu kimyəvi müdafiə sahəsinin qorunması bəlkə də düşündüyümüzdən daha önəmlidir.
//qaynar.azскачать dle 11.3
Mojo.az Banner