Mojo.az — elanlar
Son Xəbərlər
13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |     11:52 Ermənistan sərhədi keçən azərbaycanlı çobanı geri qaytaracaq  |     11:50 Çoxmərtəbəli binanın zirzəmisində gizlədilən qızılları divarı dağıdaraq taladı  |     11:40 "Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar  |     11:38 Sahibkarın bir milyon manatını mənimsədi, mərc oyunlarında uduzdu - Bakıda şok dələduzluq  |     11:37 Həkim yod çatışmazlığından qorunmağın ən asan yolunu açıqladı  |     11:26 Avropada saytlara giriş kütləvi şəkildə məhdudlaşdırılır  |     11:15 Sabahdan Azərbaycanda bəzi gömrük rüsumları 20 dəfə artırılacaq  |     23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |    
Mojo.az Avto
Mojo.az Avto

Universitetlərə ərizə qəbulunun qiyməti dəyişib? (VİDEO)

22.02.2025 20:12 615
Universitetlərə ərizə qəbulunun qiyməti dəyişib? (VİDEO)
Bakalavr pilləsinə sənəd qəbulunun qiymətinin dəyişdiyi ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.

İddiaya görə, əvvəlki ilin məzunları buraxılış imtahanı üçün qeydiyyatdan keçərkən sistem onlardan 45 manat pul istəyir ki, indiyə qədər bu məbləğ 20 manat idi.

Bildirilir ki, bu qiymət kolleclərə qəbul olmaq istəyənlər üçün də keçərlidir. Bununla yanaşı qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili üzrə test imthanının qiyməti 30 manat olub. Ötən il isə bu qiymət 10 manat təşkil edirdi.

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə bildirib ki, qiymətlərin artırılması məsələsi həqiqətə uyğun deyil. Məbləğ sadəcə əvvəlki qiymətə uyğunlaşdırılıb:

"NK-nın 2 avqust 2022-ci il tarixli qərarı var idi ki, həmin qərara əsasən Tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərə görə müəyyən edilmiş güzəştli tariflərin müddəti artıq başa çatıb. Həmin qərarda güzəştlər 2022-2024-cü illər üçün nəzərdə tutulmuşdu. Ona görə də indi iştirakçılar ərizə qəbulu üçün Tarif Şurasının 2022-ci ildə qəbul etdiyi qərara uyğun ödəniş edirlər".

Xanlar Xanlarzadə həmçinin onu da əlavə edib ki, qiymət dəyişikliyi builki məzunlara və xüsusi güzəşt kateqoriyasında olanlara aid deyil.

Ətraflı "Xezerxeber.az"ın videomaterialında:

Son xəbərlər