Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakalavr pilləsinə sənəd qəbulunun qiyməti artıb?

20.02.2025 21:33 735
Bakalavr pilləsinə sənəd qəbulunun qiyməti artıb?
Bu gündən Azərbaycan universitetlərinin bakalavr pilləsinə sənəd qəbulu başlayıb. Yayılan məlumata görə, əvvəlki illərin məzunları qeydiyyatdan keçərkən sistem onlardan 45 AZN pul tələb edir. Həmçinin blok imtahanlarının 2-ci cəhdi üçün məbləğ 50 AZN olub.

Median.Az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə məsələ ilə bağlı Oxu.az-a açıqlamasında cari ilin məzunları və imtahanda ilk dəfə iştirak edənlər, həmçinin müəyyən güzəşt kateqoriyasına aid olan şəxslərin heç bir ödəniş etmədiyini diqqətə çatdırıb:

"Digər abituriyentlər isə imtahanda iştirak haqqını şəxsi kabinetlərinin hesab bölməsinə əlavə etməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2022-ci il tarixli 270 nömrəli qərarına əsasən, tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərə görə müəyyən edilmiş güzəştli tariflərin müddəti (2023 və 2024-cü il) artıq başa çatıb və iştirakçılar ərizənin təsdiq edilməsi üçün Tarif (qiymət) Şurasının 2022-ci il 26 iyul tarixli 6 nömrəli qərarına uyğun ödəniş edirlər. Həmin qərara əsasən imtahanın birinci mərhələsində iştirak haqqı 45 AZN-dir".

Son xəbərlər