Mojo.az Banner
23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |     22:43 Turistlərin səfərdə işini asanlaşdıran 7 mobil tətbiq  |     22:38 Sabah yola çıxanların NƏZƏRİNƏ  |     22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |     22:17 Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI  |     22:05 Əli Nağıyev Qazaxıstana səfər edib  |     21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |     21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

Yaxın günlərdə Kamçatkada güclü vulkan püskürə bilər

01.02.2025 21:08 1 020
Yaxın günlərdə Kamçatkada güclü vulkan püskürə bilər
Yaxın üç gündə Kamçatkada Bezimyannı vulkanının güclü püskürməsi baş verə bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutunun Kamçatka vulkan püskürməsinə qarşı mübarizə qrupu öz saytında məlumat yayıb.

Onların sözlərinə görə, vulkanın aktivliyində artım qeydə alınıb ki, bu da intensiv qaz və buxar emissiyası ilə müşayiət olunur. Peyk görüntüləri ötən gecə vulkan üzərində böyük bir istilik anomaliyasının müşahidə edildiyini göstərir.

"Vulkan yaxın üç gün ərzində baş verə biləcək güclü partlayışa hazırlaşır", deyə məlumatda qeyd edilir.

Mütəxəssislər vulkan püskürməsi halında kül emissiyalarının dəniz səviyyəsindən 10-15 km yüksəkliyə qalxa biləcəyi barədə xəbərdarlıq ediblər.

Bezimyannı vulkanı Ust-Kamçatski rayonunun Klyuçi kəndindən 40 kilometr aralıda yerləşir. Onun hündürlüyü 3 km-dir. Bezimyannınin sonuncu püskürməsi 2024-cü ilin iyulunda baş verib.

Yanvarın 28-də Kamçatka vulkanı ərazisində bir gündə 79 seysmik hadisə qeydə alınıb.
скачать dle 11.3
Mojo.az Banner