Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiyada 24 saat ərzində 100-dən çox zəlzələ qeydə alındı

13.02.2025 15:37 1 128
Rusiyada 24 saat ərzində 100-dən çox zəlzələ qeydə alındı
Rusiyada bir gündə 100-dən çox zəlzələ qeydə alınıb.

Bu barədə Rusiya Elmlər Akademiyasının Kamçatka filialının Geofizika Xidməti xəbər yayıb.

Bildirilir ki, yeraltı təkanlar Kamçatkadakı Bezımyannı vulkanında qeydə alınıb.

"Son 24 saat ərzində vulkan ərazisində 118 seysmik hadisə baş verib. Gecə vaxtı günbəzin güclü parıltısı və vulkanın cənub-şərq yamacı boyunca közərmiş qırıntı lavasının fasiləsiz axını müşahidə edilib", - deyə məlumatda vurğulanıb.

REA-dan dəqiqləşdirilib ki, vulkan hazırda püskürməyə hazırlaşır, onun kül püskürməsinin hündürlüyü dəniz səviyyəsindən 15 kilometrə çata bilər.

Qeyd edək ki, Bezımyannı vulkanı Ust-Kamçatsk rayonunun Klyuçi qəsəbəsindən 40 kilometr məsafədə, dəniz səviyyəsindən 2 882 metr hündürlükdə yerləşir. Alimlər hesab edirlər ki, yaxın günlərdə Kamçatkada bu vulkanın güclü püskürməsi baş verə bilər.

Son xəbərlər