Mojo.az Banner
20:32 Əhali ən çox bu ərzaqların alışına pul xərcləyir  |     20:27 Bakıda külək ağacı aşırdı  |     20:23 UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" oyunu başladı - CANLI  |     20:20 Nizamidə abadlıq işləri aparıldı, tullantılar isə təmizlənmədi (VİDEO)  |     20:14 Ratko Mladiç ölüb  |     20:05 Buna görə 70 manat dövlət rüsumu alınacaq  |     20:00 Süfrəmizə gələn ətin təhlükəsizliyi haradan başlayır? - VİDEO  |     19:55 Zərərçəkənlər Hüseyn Quliyevin vaxtından əvvəl azadlığa buraxılacağına etiraz edir  |     19:48 Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi  |     19:43 Şəhid anası vəfat edib  |     19:37 Azərbaycana bu iki ölkədən daha çox turist gəlir  |     19:30 Yuxulu maşın sürmək faciəyə doğru hərəkət etməkdir - VİDEO  |     19:25 4 il məzuniyyət götürmədən işlədiyi hoteldən təzminat almadan işdən çıxarıldı - VİDEO  |     19:16 Təhsil alanların hərbi möhləti bu halda ləğv ediləcək  |     19:11 Azərbaycanda tələbə buna görə 500 manat cərimə olundu  |     19:04 Rusiyadan Azərbaycana pul köçürmək istəyənlərin nəzərinə  |     18:58 Onlar 2033-cü ilə qədər bu rüsumlardan azaddır  |     18:53 Əsgərlikdən saxlatmaq üçün 24 min manat aldı  |     18:45 Bu yumurtalarda təhlükəli bakteriya aşkarlandı  |     18:40 Trampın İranla danışıqların bərpası üçün şərti açıqlandı  |    
Left Banner
Right Banner

Kamçatkadakı Klyuçevskaya Sopka vulkanı 9 km hündürlüyə kül atıb

02.08.2025 18:50 1 050
Kamçatkadakı Klyuçevskaya Sopka vulkanı 9 km hündürlüyə kül atıb
Rusiyanın Kamçatkada yarımadasındakı Klyuçevskaya Sopka vulkanı 9 km hündürlüyə kül atıb.

Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının teleqram kanalında məlumat verilib.

"Klyuçevskoy vulkanı. Kül tullantısının hündürlüyü dəniz səviyyəsindən təxminən 9 min metr yüksəkliyə çatıb”, - məlumatda deyilir.

Xatırladaq ki, iyulun 30-da Kamçatkada baş vermiş 8,7 maqnutudalı güclü zəlzələ iyulun 31-də vulkanda kül tullantısına səbəb olub.

Qeyd edək ki, Klyuçevskoy (Klyuçevskaya Sopka) təxminən 7 min il yaşı olan, hündürlüyü dəniz səviyyəsindən 4688-4750 metr çatan Avrasiyanın ən yüksək aktiv vulkanıdır. Bu, təxminən 700 m diametri olan zirvə kraterinə malik konusvari coğrafi obyektdir. Yamaclarda 80-ə yaxın ikinci dərəcəli partlayış kraterləri və şlak konusları var. Vulkan 4,5 minə yaxın insanın yaşadığı Ust-Kamçatski rayonunun Klyuçi qəsəbəsindən 30 km aralıda yerləşir.скачать dle 11.3
Mojo.az Banner