Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

Professor: Azərbaycanda daha bir vulkan püskürəcək

29.05.2019 14:24 2 846
Professor: Azərbaycanda daha bir vulkan püskürəcək
Şamaxı ərazisindəki vulkan artıq dördüncü dəfədir püskürür və ətrafa ciddi zərər vurmur.

Bunu oxu.az-a açıqlamasında AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev bildirib.

Onun sözlərinə görə, Şamaxıda püskürən Məlikçobanlı vulkanıdır:

“Eyniadlı kəndin yaxınlığında olan vulkan sakitdir, tez-tez püskürən vulkan deyil. Dünən biz əməkdaşlarımızla birlikdə vulkan püskürən ərazidə olduq. Vulkan püskürməsi zəif olsa da, alov çıxıb və yer səthinə vulkan palçığı tökülüb. Püskürmə çox davam etməyib”.

Şöbə müdiri qeyd edib ki, dünən Məlikçobanlı vulkanı dördüncü dəfə püskürüb:

“Vulkan ilk dəfə 1926-cı ildə püskürüb. 1967 və 1977-ci ildə və ən son dünən eyni hal baş verib. Ən güclü püskürmə isə 1967-ci ildə müşahidə edilib.

Bu il Azərbaycanda dörd vulkanın püskürməsinin gözlənildiyini təxmin edirdim. Artıq onlardan üçü püskürüb”.скачать dle 11.3
Mojo.az Banner