Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Kamçatkada vulkan püskürməsi: İki kənd külə qərq oldu

08.08.2025 15:06 693
Kamçatkada vulkan püskürməsi: İki kənd külə qərq oldu
Kamçatkada Klyuçevskaya Sopka vulkanının püskürməsi nəticəsində iki kənd külə qərq olub.

Bu barədə "Amur Mash" "Telegram" kanalı məlumat verib.

Məlumata görə, Klyuçi və Ust-Kamçatsk kəndləri vulkandan cəmi bir neçə onlarla kilometr aralıda yerləşir.

Yerli sakinlərin bildirdiyinə görə, ətrafda o qədər tefra (piroklastik süxurlar, vulkan partlayışları zamanı yaranan, maqma və digər materialların havaya atılması nəticəsində meydana gələn süxurlardır. Tərkibinə görə müxtəlif ölçüdə və formada, tüstü, toz və parçalar şəklində olur - red.) var ki, üzərində rəsm çəkmək olur. Göydən tozcuqlar yağmağa davam edir. İnsanlara fərdi mühafizə vasitələri verilir.

Qeyd edilir ki, nəhəng vulkan 12 kilometr uzunluğunda tüstü sütunu buraxıb, şleyf Komandor adalarına qədər çatıb. Hər şey alimlərin proqnozlaşdırdığı kimi gedir, belə ki, artıq sabah (9 avqust) ən təhlükəli mərhələ başlaya bilər - Boqdanoviç buzlağından partlayış buxarları və palçıq axınları magistral yolu yuya bilər.

Xatırladaq ki, daha əvvəl "Kamçatka vulkanları" təbiət parkları şəbəkəsinin "Telegram" kanalı Kamçatkada Klyuçevski vulkanının cənub-qərb yamacı ilə axan lava axınının Boqdanoviç buzlağına doğru hərəkət etdiyini yazmışdı. Uzunluğu bir kilometrdən çox olan axın isə yarımadanın ən böyük buzlaqlarından birini əridə və bu da Studyonaya çayının yatağında sel axınına səbəb ola bilər.

Son xəbərlər