Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda istilik mövsümü vaxtından əvvəl BAŞLAYA BİLƏR? (AÇIQLAMA)

22.10.2024 17:07 807
Azərbaycanda istilik mövsümü vaxtından əvvəl BAŞLAYA BİLƏR? (AÇIQLAMA)
Hər il Azərbaycanda istilik mövsümü noyabrın 15-dən etibarən başlayır. Bu isə sakinlərin bir qisminin narazılığına səbəb olur.

Bakı şəhər sakinlərinin bir qismi istilik mövsümünün noyabrın 1-dən başlamasını istəyir. Onlar bildirirlər ki, hazırda havanın qeyri-sabit keçməsindən dolayı yaşadıqları mənzillər soyuqdur və qızdırmaqda çətinlik çəkirlər.

Bəzi valideynlər isə məktəblərdə istilik sistemlərinin işə salınmadığına görə sinif otaqlarının soyuq olduğunu və şagirdlərin bu səbəbdən xəstələndiklərini deyirlər.

Maraqlıdır, bəs görəsən, Azərbaycanda istilik mövsümü vaxtından əvvəl başlaya bilərmi?

Mövzu ilə bağlı oxu.az "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinə (ASC) sorğu ünvanlayıb.

Qurumun mətbuat katibi Elvin Basqallı sorğumuza cavab olaraq qeyd edib ki, qazanxanaların vaxtından əvvəl işə salınması məsələsinə konkret halda baxıla bilər:

"5 sentyabr 2023-cü il tarixində Nazirlər Kabineti tərəfindən istilik enerjisi qaydaları təsdiqlənib. Bu qaydalara əsasən, hər il Azərbaycanda istilik mövsümü noyabrın 15-də başlayır və növbəti il aprelin 15-də yekunlaşır. Lakin Azərbaycanın 14 dağlıq və dağətəyi rayon və şəhərində istilik mövsümü noyabrın 1-i başlayır, növbəti ilin mayın 1-də yekunlaşır. Söhbət Şuşa, Laçın, Lerik, Yardımlı, Gədəbəy, Daşkəsən, Şabran, Quba, Qəbələ, Qusar kimi rayon və şəhərlərdən gedir. Əgər ardıcıl olaraq 5 gün havanın temperaturu 8 dərəcədən aşağı olar və Ekologiya və Təbii Sərvətlər Nazirliyi növbəti günlərdə də havanın belə davam edəcəyi ilə bağlı proqnozu verilərsə, qazanxanaların vaxtından əvvəl işə salınması məsələsinə baxıla bilər".
скачать dle 11.3
Mojo.az Banner