Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Binalara istilik vaxtından tez verilə bilər

04.11.2019 23:10 1 364
Binalara istilik vaxtından tez verilə bilər
Bakı şəhərində istiliyin veriməsi ilə bağlı hazırlıq işləri yekunlaşıb.

Median.Az
bildirir ki, bu sözləri axar.az-a açıqlamasında Azəristiliktəchizat ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib. O, qazanxanaların tam hazr vəziyyətə gətirildiyini və istənilən vaxt istiliyin verilməsinin mümkün ola biləcəyini bildirib.

R.Əliyev havaların soyuması ilə əlaqədar olaraq istiliyin vaxtından tez verilib-verilməməsinə də münasibət bildirib:

"İstilik təchiaztı müqavilələrlə tənzimlənir. Hansısa təşkilat müraciət edib ödənişə zəmanət verdiyi halda ayrıca qazanxanası varsa, məsələyə baxıla bilər. Dağlıq rayonlarda artıq noyabrın 1-dən etibarən istilik mövsümünə start verilib. Amma ümumilikdə Bakı şəhərində və digər ərazilərdə noyabrın 15-dən etibarən istiliyin verilməsi nəzərdə tutulub. Düzdür, ötən il xəstəxanalar, internat məktəbləri, doğum evlərinin müraciəti əsasında həmin müəssisələrə istilik vaxtından tez verilmişdi. Yəni kəskin soyuma baş verdiyi halda istiliyin vaxtından əvvəl verilməsi mümkün ola bilər".

R.Əliyev Xırdalanda bəzi yerlərdə istiliyin verilməsinə də aydınlıq gətirib:

"Xırdalanda istilik verilən ərazilər mərkəzi istilik sistemlərinə bağlı deyil. Mənzil-tikinti korporativlərinin fərdi qazanxanaları hesabına sözügedən ərazidə istiliyin verilməsi təmin olunub".

Son xəbərlər