Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Bəzi rayonlarda istiliyin verilməsinə başlanıldı

01.11.2021 12:02 1 611
Bəzi rayonlarda istiliyin verilməsinə başlanıldı
Respublikanın dağlıq və dağətəyi rayonlarında istiliyin verilməsinə başlanılıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərişinə əsasən hər il noyabrın 1-də ölkənin dağlıq və dağətəyi rayonlarında istiliyin verilməsinə başlanılır.

Digər ərazilərdə və Bakıda isə istilik mövsümü noyabrın 15-dən başlayır.

Qeyd edək ki, hazırda “Azəristiliktəchizat” ASC-yə məxsus 550 qazanxana istismar edilməklə 3 800 yaşayış binası, mənzil, 291 məktəb, 150 uşaq bağçası, 159 səhiyyə, 112 büdcədən maliyyələşdirilən digər sosial obyekt və 1 188 təsərrüfat obyekti istiliklə təmin edilir.

Son xəbərlər