Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:32 Süni intellekt 2030-cu ilədək dünya iqtisadiyyatına 22,3 trilyon dollar qazandıracaq | 21:25 Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI | 21:20 Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir? | 21:11 Kirayə mənzil götürənlər evlərini başqalarına verə bilərlər? | 21:06 Kürün taleyi təhlükədədir: Yayda quraqlıq, qışda daşqın olacaq | 20:54 Pensiyaların nə qədər artacağı bəlli oldu | 20:48 Arıqlama iynələri sizi tez qocaldacaq | 20:41 Azərbaycanda bu internetin aylıq qiyməti 2 min manat olacaq | 20:36 Röyanın 90 yaşlı fanatının sevgisi - VİDEO | 20:27 Bakıda X5 klinikaya çırpıldı | 20:22 Sosial şəbəkələrdə diqqət yarışı: İnsanlar nəyə möhtacdır? | 20:14 Qonşusuna kömək edirdi, faciəvi şəkildə öldü | 20:09 Alimlərdən xəbərdarlıq: Bu qidalar xərçəng riskini artırır | 20:03 Bakıda 12 yaşlı uşağın taleyi ilə bağlı qərar – Ana aliment ödəyəcək | 19:55 Tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi mexanizmi müəyyənləşib | 19:50 Kirayə, ərzaq, kommunal: 1000 manat maaşla pul yığmağın yolları | 19:42 10 059 ədəd bioloji aktiv qida məhsulu məhv edilib | 19:37 Bayram günlərində avtovağzallar gücləndirilmiş rejimdə çalışacaq | 19:30 Birinci kurs tələbəsi vəfat etdi | 19:26 Yeni qaydalar kredit almağı çətinləşdirəcək: Ən çox kimlər təsirlənəcək? |
Mojo.az Avto
Mojo.az Avto

326 milyon manat həcmində qaçaqmalçılıq edən dəstənin MƏHKƏMƏSİ

21.10.2024 20:37 957
326 milyon manat həcmində qaçaqmalçılıq edən dəstənin MƏHKƏMƏSİ
326 milyon manat həcmində qaçaqmalçılıq edən dəstənin məhkəmə prosesi keçirilir.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən istintaqı aparılmış cinayət işi üzrə Zöhrab Raqub oğlu Hidayətov, Elvin Valeh oğlu Şirinov və Qaçqın Şura oğlu Hümbətov barəsində məhkəmə prosesi başlanılıb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəhmin Hümbətovun sədrliyi ilə iş üzrə hazırlıq iclası keçirilib. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 192.3.2 və 206.3.2-ci maddələri ilə ittiham olunur.

Belə ki, Zöhrab Hidayətov müxtəlif hüquqi və fiziki şəxslərə aid məhsulların ölkədən saxta yolla sahibkar kimi qeydiyyatdan keçirdiyi Elvin Şirinovun və Qaçqın Hümbətovun adından ixrac olunmasını təşkil edib, ixrac üçün nəzərdə tutulan bu məhsulların istehsalçılarının guya həmin şəxslər olduğuna dair gömrük orqanlarına saxta sənədlər təqdim edib, 326 milyon manatdan çox xüsusilə külli miqdarda məhsulları düzgün bəyan etməyərək xaricə çıxarmaqla qaçaqmalçılıq edib, bu qanunsuz əməllər eyni zamanda, nağd pul vəsaitlərinin ölkədən çıxarılması və geri qaytarılmaması, kölgə iqtisadiyyatı qurulması üsulu olub.

Təqsirləndirilən şəxslərdən Elvin Şirinov barədə bəzi maraqlı detallar mətbuata məlumdur.

Belə ki, ötən illər üzrə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"larına əsasən, əvvəllər, məsələn 2021-ci ildə Elvin Şirinov ümumiyyətlə qeyri-dövlət (özəl) ixracatçı subyektlər sırasında yer almadığı halda, 2023-cü ildə qeyri-dövlət ixracatçı subyektlərin sıralanmasında birdən-birə ilk onluqda 1-ci yeri tutub.

Belə bir reytinq sıçrayışı mətbu orqanların da diqqətindən qaçmamış, "kiçik bir torpaq sahəsi belə olmayan" 2700187092 VÖEN-li fərdi sahibkar - kənd təsərrüfatı məhsulları ixracatçısı barədə təbii suallar səsləndirilmişdi.

Məhkəmə baxışında olan iş üzrə isə Elvin Şirinovun adı əvvəllər heç yerdə keçməyən, hazırda həbsdə olan digər təqsirləndirilən Zöhrab Hidayətov tərəfindən qurulmuş böyük kölgə iqtisadiyyatı maxenasiyasının iştirakçılarından yalnız biridir.

Belə maxenasiyaların pul vəsaitlərinin ölkədən başqa ad altında çıxarılması - məsələn alınan "kənd təsərrüfatı məhsulları" formasında çıxarılması və geri qaytarılmaması məqsədləri ilə bağlı olduğu məlumdur.

Məhkəmə kollegiyası tərəfindən təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə qaldırılmış vəsatətlər rədd edilib və növbəti məhkəmə prosesi oktyabrın 31-nə təyin edilib.

Son xəbərlər