Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

326 milyonluq qaçaqmalçılığın məhkəməsi - Cinayət işinin DETALLARI

17.01.2025 12:51 1 839
326 milyonluq qaçaqmalçılığın məhkəməsi - Cinayət işinin DETALLARI
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən istintaqı aparılmış cinayət işi üzrə xüsusilə külli miqdarda qaçaqmalçılıq və digər əməllərdə təqsirləndirilən Zöhrab Raqub oğlu Hidayətov, Elvin Valeh oğlu Şirinov və Qaçqın Şura oğlu Hümbətov barəsində məhkəmə prosesi davam etdirilib.

Median.Az
"Report"a istinadla xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə cinayət işi üzrə baxış iclası keçirilib.

Məhkəmə şahid ifadələri ilə davam edib. Şahid kimi ifadə verən İbrahim İbrahimov bildirib ki, Azərbaycandan xaricə maşınlarla meyvə-tərəvəz ixrac edir. İxrac olunan malları sənədləşdirmək üçün Rusiya Federasiyasında yaşayan qardaşı Cəfər İbrahimov vasitəsilə Elvin Şirinovla tanış olub. Daha sonra Elvin Şirinov Zöhrab Hidayətovu işçisi kimi İbrahim İbrahimova təqdim edib.1 il yarım müddət ərzində Elvin Şirinova məxsus şirkət ilə mallar ölkə xaricinə ixrac edilib. Ölkədən çıxan hər maşın üçün Elvin Şirinova nağd şəkildə 150 manat vəsait ödənilib.

Şahid kimi ifadə verən Murad Əsgərov 3 il öncə Zöhrab Hidayətovu tanıdığını qeyd edib. Azərbaycandan ölkə xaricinə göndərilən müxtəlif təyinatlı mallara görə hər maşın üçün Zöhrab Hidayətova 100 manat ödədiyini bildirib.

Təqsirləndirilən şəxslərin vəkilləri şahidlərə öz suallarını ünvanlayıblar.

Şahidlərin bir qismi məhkəmədə iştirak etmədiyi üçün məhkəmə fevralın 13-ü saat 16:30-a təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 192.3.2 və 206.3.2-ci maddələri ilə ittiham olunur. Belə ki, Zöhrab Hidayətov müxtəlif hüquqi və fiziki şəxslərə aid məhsulların ölkədən saxta yolla sahibkar kimi qeydiyyatdan keçirdiyi Elvin Şirinovun və Qaçqın Hümbətovun adından ixrac olunmasını təşkil edib, ixrac üçün nəzərdə tutulan bu məhsulların istehsalçılarının guya həmin şəxslər olduğuna dair gömrük orqanlarına saxta sənədlər təqdim edib, 326 milyon manatdan çox xüsusilə külli miqdarda məhsulları düzgün bəyan etməyərək xaricə çıxarmaqla qaçaqmalçılıq edib, bu qanunsuz əməllər eyni zamanda nağd pul vəsaitlərinin ölkədən çıxarılması və geri qaytarılmaması, kölgə iqtisadiyyatı qurulması üsulu olub.

Təqsirləndirilən şəxslərdən Elvin Şirinov barədə bəzi maraqlı detallar mətbuata məlumdur. Belə ki, ötən illər üzrə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"larına əsasən, əvvəllər, məsələn 2021-ci ildə Elvin Şirinov ümumiyyətlə qeyri-dövlət (özəl) ixracatçı subyektlər sırasında olmadığı halda, 2023-cü ildə qəfildən qeyri-dövlət ixracatçı subyektlərin sıralanmasında ilk onluqda 1-ci yeri tutub. Belə bir reytinq sıçrayışı mətbu orqanların da diqqətindən qaçmamış, "kiçik bir torpaq sahəsi belə olmayan" 2700187092VÖEN-li fərdi sahibkar - kənd təsərrüfatı məhsulları ixracatçısı barədə təbii suallar səsləndirilmişdi. Məhkəmə baxışında olan iş üzrə isə Elvin Şirinovun adı əvvəllər heç yerdə keçməyən, hazırda həbsdə olan digər təqsirləndirilən Zöhrab Hidayətov tərəfindən qurulmuş böyük kölgə iqtisadiyyatı maxinasiyasının iştirakçılarından yalnız biridir. Belə maxinasiyaların pul vəsaitlərinin ölkədən başqa ad altında çıxarılması - məsələn, alınan "kənd təsərrüfatı məhsulları" formasında çıxarılması və geri qaytarılmaması məqsədləri ilə bağlı olduğu məlum olub.

Son xəbərlər