Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:30 6 min manat pensiya alan da var, 100 manat alan da – AÇIQLAMA | 17:27 Rövşan Əsgərov Rusiyada məhkəmə qarşısına çıxarılır | 17:03 Əsgər ölümündən əvvəl ürəyindən şikayətlənibmiş... - Həkimə bu cəza verildi | 16:59 Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq | 16:48 16 yaşlı oğlan atasının avtomobilini qaçıraraq aşırdı - FOTO | 16:32 Saatlıda ekoloji cinayət: Qanunsuz balıq ovlayan şəxs 260 saat ictimai işlərə cəlb edildi | 16:18 Peşə təhsilində 33 yeni ixtisas yaradılıb | 16:09 Azərbaycanda artıq ödənilmiş vergilərin geri qaytarılması sadələşdirilib | 16:03 Mərdəkanda köşkdə 7400 manatlıq aksizsiz siqaret aşkarlandı | 16:00 Bursada xanımını 146 qayçı zərbəsi ilə öldürən Azərbaycan vətəndaşına ömürlük həbs tələbi | 15:45 Avtomobil sahiblərini ciddi dəyişikliklər gözləyir: Köhnə maşınlara məhdudiyyət GƏLİR | 15:31 İlham Əliyev Edqars Rinkeviçsə məktub göndərdi | 15:25 Oğuzda avtoxuliqanlıq edən sürücü həbs olunub | 15:14 Azərbaycan Prezidenti Oman Sultanını təbrik etdi | 15:04 Leyla Əliyeva "Yaradıcılıqla üz-üzə" adlı konsertdən paylaşım edib - FOTO | 15:01 "Boşanıram" deyən arvadını döydü, uşaqlarını öldürməklə hədələdi: Cərimələndi | 14:28 Sabah 21 dərəcə isti olacaq - Proqnoz | 14:24 Sumqayıt bulvarında 20 yaşlı oğlan dənizdə batıb - VİDEO | 14:12 "Range Rover" gətirəcəyəm" deyib 261 min manatdan çox pul aldı - Bakıda dələduzluq | 14:00 Taksi sürücüləri üçün vergi qaydası dəyişir |
Mojo.az Avto
Mojo.az Avto

Məktəbliyə əxlaqsız təkliflər edib dərəyə apardılar - TƏFƏRRÜAT

17.07.2024 22:59 648
Məktəbliyə əxlaqsız təkliflər edib dərəyə apardılar - TƏFƏRRÜAT
Bu ilin 10 fevral tarixində Cəlilabadda 4 saylı məktəbin 9-cu sinif şagirdi Z. Məmmədovu (soyad şərtidir) bıçaqlayan həmin məktəbin şagirdi, 2009-cu il təvəllüdlü Ə. Hacıyevə hökm oxunub.

Publika.az-ın əldə etdiyi məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 yaşlı yeniyetmə 3 il müddətinə həbs cəzasına məhkum edilib. O, Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib.

Həmçinin müəyyən edilib ki, hadisəni törədən yeniyetmə ilə bıçaqlanan şəxs məktəbdə paralel siniflərdə oxuyublar. Ə. Hacıyev iddia edib ki, Z. Məmmədov ona dəfələrlə əxlaqsız təkliflər edib, söyərək şəxsiyyətini alçaldıb. O da qisas almaq məqsədilə bu əməli törədib.

Z. Məmmədov isə deyib ki, Ə.Hacıyev onu aldadaraq dərəyə aparıb:

"Mənə dedi ki, sən idmanla məşğul olmusan, əzələlərin güclüdür, olar köynəyini qaldırasan baxım. Mən köynəyimi qaldıranda bıçaq çıxarıb vurdu".

Qeyd edək ki, Z. Məmmədov hadisədən sonra dərədə huşsuz vəziyyətdə qalıb. Onu görən şəxslər təcili xəstəxanaya çatdırıblar və orada ayılıb.

Son xəbərlər