Mojo.az Banner
15:56 Sürücülərin NƏZƏRİNƏ: Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır  |     15:47 “Qalib ordunun hərbi qulluqçusu ölkədə ən yüksək məvacib alan şəxslərdən biri olmalıdır”  |     15:36 Məktəblərdə hicaba icazə veriləcək? — AÇIQLAMA  |     15:11 Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Putin qərar imzaladı  |     15:09 Azərbaycanda ləğv prosesində olan 7 bankla bağlı YENİ QƏRAR  |     13:46 Ucuzluq bizi aldadır? – Endirimlərin görünməyən tərəfi  |     13:36 "Roşka"ya cəza istənildi  |     13:19 Suda boğulanlarla bağlı SON STATİSTİKA - Neçə nəfərin cəsədi tapılıb?  |     12:59 Ağsuda meşədə yanğın törədən şəxs saxlanıldı  |     12:51 Hakerlər Pentaqonun üç milyon əməkdaşının məlumatlarını ƏLƏ KEÇİRİB  |     12:28 Növbəti dövrdə manatın məzənnəsi necə olacaq?  |     12:23 Bərdədə restoranda dava: Administrator müğənninin sevgilisini döydü  |     12:09 Yeyib-içəndən sonra dostlarını döyüb öldürdülər  |     12:06 Əmlak bazarında qiymətlər yenidən artacaq - PROQNOZ - VİDEO  |     12:02 Olimpiya çempionunun 1,1 milyon manatlıq helikopterini OĞURLADILAR  |     11:57 Azərbaycanda məşqçidən tələbə qızlara qarşı ŞANTAJ VƏ TƏCAVÜZ - İlginc TƏFƏRRÜAT  |     11:47 Kredit götürənlərin sayı artır: Qiymətlər də bahalaşacaq?  |     11:38 Azərbaycan nefti ucuzlaşdı  |     11:32 Bakıda DƏHŞƏT: Sevgilisinin oğlunu xüsusi amansızlıqla öldürmək istədi  |     11:31 Azərbaycanda cari ildə meyitdən neçə ürək transplantasiyası həyata keçirilib?  |    
Mojo.az Avto
Mojo.az Avto

Bəzi avtomobillərə şəhadətnamələr yeni formada veriləcək

24.06.2024 12:56 738
Bəzi avtomobillərə şəhadətnamələr yeni formada veriləcək
Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən verilən "Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında şəhadətnamə" beynəlxalq daşımalar üçün də keçərli olub.

Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, "Nəqliyyat vasitələrinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında şəhadətnamə"nin formasının beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə müvafiq dəyişiklik əsasında Agentlik tərəfindən şəhadətnamələrin beynəlxalq tələblərə uyğun yeni formada verilməsinə başlanılıb.

Qeyd edək ki, əvvəllər verilən şəhadətnamələr "Təhlükəli yüklərin quru yollar ilə beynəlxalq daşımaları haqqında" Avropa Sazişinin tələblərinə uyğun olmadığından, fiziki və hüquqi şəxslər tərəfindən təhlükəli yüklərin beynəlxalq daşınmasında çətinliklər yaranırdı. Belə ki, təhlükəli yüklərin daşındığı nəqliyyat vasitələri xarici dövlətlərlə sərhəddə saxlanılır və beynəlxalq daşımaya uyğun şəhadətnamə tələb edilirdi. Nəticədə ixrac və ya idxal olunan təhlükəli yüklərin avtonəqliyyat vasitələri ilə beynəlxalq daşınması Azərbaycan Respublikasının daşıyıcıları tərəfindən deyil, Sazişə qoşulmuş digər ölkələrin şirkətləri tərəfindən həyata keçirilib.

"Beləliklə, şəhadətnamənin yeni forması yuxarıda qeyd olunan problemi həll etməklə yanaşı, milli qanunvericiliklə beynəlxalq saziş arasındakı uyğunsuzluğu aradan qaldırır, eyni zamanda yerli daşıyıcıların potensial müştərilər qarşısında nüfuzunu artırır və yeni iş imkanları yaradır", - məlumatda qeyd olunub.скачать dle 11.3
Mojo.az Banner