Mojo.az Banner
SON DƏQİQƏ
11:37 Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi  |     11:30 Toy və banket zamanı gözlənilməz xərcdən necə yayınaq? - Video  |     11:29 "Flydubai"nin kapitanı əlində balta olan ikinci pilotdan necə müdafiə olunduğunu danışıb  |     11:23 Azərbaycanda çıxarışsız evlərin aqibəti necə olacaq? – AÇIQLAMA  |     11:16 Novruz bayramı günü bibisinin oğlunu öldürdü  |     23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu il Azərbaycan ərazisindən daşınan yüklərin həcmi açıqlanıb

15.05.2024 20:50 1 572
Bu il Azərbaycan ərazisindən daşınan yüklərin həcmi açıqlanıb
Bu ilin yanvar-mart aylarında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 7 milyon 980,6 min ton, yük dövriyyəsi isə 3 milyard 233,8 milyon ton-km olub.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,3 % və 9 % artım müşahidə olunub.

Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 3 milyon 763,3 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 1 milyon 966,9 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 2 milyon 432,1 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 1 milyon 698,9 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi isə 86,3 min ton təşkil edib.

Yüklərin 3 milyon 607,4 min tonu və ya 45,2 %-i dəmir yolu nəqliyyatı, 2 milyon 527,5 min tonu və ya 31,7 %-i avtomobil nəqliyyatı, 1 milyon 845,7 min tonu və ya 23,1 %-i dəniz nəqliyyatı ilə daşınıb.

Nəqliyyat dəhlizləri vasitəsilə daşınmış yüklərin 60,2 %-ini və ya 4 milyon 808 min tonunu tranzit yüklər təşkil edib.скачать dle 11.3

Son xəbərlər