Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi | 19:19 Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib | 19:09 Gəncədə kişini benzin tökərək diri-diri yandırdılar: Dörd nəfərə hökm oxundu |
Mojo.az Avto
Mojo.az Avto

Beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan hissəsindən daşınan yüklərin həcmi açıqlanıb

20.01.2021 21:02 1 488
Beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan hissəsindən daşınan yüklərin həcmi açıqlanıb
2020-ci ilin yanvar-noyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 35 milyon 549,7 min ton olub.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, daşınmış yüklərin ümumi həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 25,2 faiz az olub.

Belə ki, yüklərin 19 milyon 318,3 min tonu və ya 54,3 faizi avtomobil nəqliyyatı, 11 milyon 665 min tonu və ya 32,8 faizi dəmir yolu nəqliyyatı, 4 milyon 566,4 min tonu və ya 12,9 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 21,2 faizini və ya 7 milyon 535 min tonunu tranzit yüklər təşkil edib.

Son xəbərlər