Azərbaycanda iki gündə itkin düşmüş 20 nəfər tapıldı
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, 15-16 iyun tarixlərində polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 20 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Hər bir müraciət üzrə müvafiq araşdırmalar davam etdirilir.