Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:19 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar | 17:11 "Mangal Steak House" işi: 186 min manatlıq dələduzluqda ittiham olunan şəxs hakim qarşısında | 17:04 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? | 16:56 Sosial şəbəkədə möhtəşəm, masada məyusedici: İnfluenser reklamlarının gerçək üzü | 16:40 Fermalarda su sayğacı məcburi olacaq | 15:55 "TikTok"da saxta avtosalon yaradaraq vətəndaşları aldadan şəxs tutuldu | 15:44 Bakıda 51 yaşlı kişi evinin qarşısında öldü | 15:41 Kredit götürərkən bu səhvlərə yol verməyin – EKSPERTDƏN XƏBƏRDARLIQ | 15:34 Ramiz Mehdiyevin şikayətinə baxılıb | 15:33 Quşxana və tövlələrlə bağlı yeni qayda | 15:00 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi | 13:44 Bakıda kafedə dava: Yeniyetmə icarədarı döydü - Təfərrüat | 13:41 Azərbaycanda bəzi şəxslərə gündəlik işə görə 100 manat ödəniləcək | 12:54 Media sektorunda əmək hüquqları pozulur: Müqaviləsiz iş, az maaş, ödənişsiz zəhmət | 12:24 Bakıda bir sıra ərazilərdə söküntü başladı: Kompensasiya məbləği açıqlandı | 12:17 Elektromobillər ürəkbulanma yaradır? – AÇIQLAMA | 12:14 İsmayıllıda 28 yaşlı kişi hesab ödəməyə görə bıçaqlanıb - Təfərrüat | 12:03 Alyona Əliyeva: "Hər bir uşağın qayğı, sevgi və təhlükəsiz gələcəyə haqqı var!" | 11:59 Göygöldə evdən qadın meyiti tapıldı | 11:51 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Polis şübhəli şəxsi saxladı |
Mojo.az Avto
Mojo.az Avto

Filippində torpaq sürüşməsi yeddi nəfərin həyatına son qoyub

18.01.2024 19:33 1 338
Filippində torpaq sürüşməsi yeddi nəfərin həyatına son qoyub
Filippində güclü yağışın səbəb olduğu torpaq sürüşməsi nəticəsində azı yeddi nəfər ölüb.

Sürüşmənin yerli vaxtla günorta saatlarında (Bakı vaxtı ilə 09:00 - red.) ölkənin cənubunda yerləşən Mindanao adasındakı Monkayoda mədən sahəsində baş verdiyi dəqiqləşdirilir.

İlkin məlumata görə, hadisə leysan yağışlar səbəbindən baş verib.

Ölənlər arasında uşaqların da olduğu məlum olub. Bundan başqa, hadisə nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Daha bir neçə nəfər itkin düşüb.

Hazırda yağıntıların davam etməsi səbəbindən axtarış-xilasetmə işləri dayandırılıb.

Mənbə: News Line Philippines

Son xəbərlər