Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Rüşvətə görə həbs edilən dörd vəzifəli şəxs ev dustaqlığına buraxılıb

27.11.2023 21:13 1 746
Rüşvətə görə həbs edilən dörd vəzifəli şəxs ev dustaqlığına buraxılıb
Rüşvət almaqda təqsirləndirilən 19 vəzifəli şəxsin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirlən şəxslərin vəkilləri vəsatətlə çıxış edib.

Təqsirləndirilən Əmlak Məsələləri Xidməti Lənkəran ərazi şöbəsinin keçmiş müdiri Pərviz Ələkbərov, Xaçmaz ərazi şöbəsinə rəhbərlik etmiş Aydın Cəfərov, Qazax şöbəsinin müdiri olmuş Ehtiram Eyvazov və Şəki rayon Qoxmuq bələdiyyəsinin keçmiş sədri Etibar Eyvazovun vəkilləri həbs qətimkan tədbirlərinin həbslə olmayan başqa qətimkan tədbiri ilə əvəz olunması ilə bağlı vəsatət qaldırıb.

Məhkəmə vəsatəti təmin edib, təqsirləndirilən dörd nəfər ev dustaqlığına buraxılıb.

İş üzrə digər təqsirləndirilənlərdən xidmətin sektor müdiri İldırım Məmmədov və xidmətin Şirvan şöbəsinin sabiq müdiri Nazim Səfərov həbsdədir və onların məhkəmə prosesi davam edir.
Digər təqsirləndirilən 13 nəfər barəsində istintaq və məhkəmə dövrü üçün polis nəzarətinə vermə, başqa yerə getməməyə dair iltizam kimi alternativ qətimkan tədbirləri seçilib.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma), 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) və digər maddələri ilə ittiham edilir.скачать dle 11.3
Mojo.az Banner