Mojo.az Banner
17:59 Rəşad Daşdəmirov, Fərid Usubov və digərləri ev dustaqlığına buraxıldılar  |     17:57 Pensiya vədi ilə 13 min manatlıq dələduzluq  |     17:04 Sumqayıtda zəhərlənən 21 şagird xəstəxanadan evə buraxılıb  |     17:01 Azərbaycanda dörd qanun ləğv ediləcək  |     16:56 Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi  |     16:46 Bakı-Tbilisi sərnişinlərinə şad xəbər: Biletlər satışdadır - FOTO  |     16:29 Binəqədi şosesində yol hərəkətinin təşkili dəyişdirildi  |     16:26 Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?  |     16:11 16 yaşlı qıza sataşan şəxs həbs olundu  |     16:03 Keçmiş həyat yoldaşına zorakılıq edən rəqqası hansı cəza gözləyir? - Vəkildən açıqlama  |     15:50 Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı  |     15:46 58 yaşlı kişi sevdiyi qadını alan şəxsi armaturla döydü  |     15:25 Yeni virus Azərbaycana da gələ bilər – Həkimdən xəbərdarlıq  |     15:20 Qalmaqallı şirkətin əməkdaşı külli miqdarda narkotiklə tutulub  |     15:17 Bu tərəvəzin ixracı artdı: Qiymətlər bahalaşacaq  |     15:00 Ermənistanda saxlanılan Azərbaycan əsgəri ilə bağlı ikinci cinayət işi açıldı  |     14:56 “Müəllim belə addım atmamalıdır” – Deputatdan AÇIQLAMA  |     14:48 Azərbaycanda dövlət sərhəddini pozan 20 nəfər saxlanıldı  |     14:45 Rusiyada Azərbaycandan gətirilən qida məhsulları müsadirə olunaraq məhv edilib  |     14:43 Azərbaycan - Litva oyununun hakimləri açıqlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Sabahın hava proqnozu açıqlanıb

23.11.2023 13:10 1 263
Sabahın hava proqnozu açıqlanıb
Ölkə ərazisində noyabrın 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi səhər mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 7-10 dərəcə isti, gündüz 13-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağış yağacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-8 dərəcə, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq.скачать dle 11.3
Mojo.az Banner