Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:46 Həbsdən çıxandan sonra yenə oğurluğa qurşandı - Gəncədə samovar və təkər oğrusu tutuldu | 17:31 İslam Rzayevlə bağlı qərar verildi | 17:19 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı | 17:01 Lənkəranda avtomobil 10 yaşlı uşağı vuraraq öldürüb | 16:59 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiqlədi | 16:40 Valideynlərin cibinə, uşaqların dərs yükünə daha bir zərbə: Yeni imtahan təklifi | 16:16 "TikTok"da telefon satışı adı ilə dörd nəfəri aldadıb pullarını qumara qoydu – Cəzalandırıldı | 16:13 Orta aylıq maaşla Bakıda ev almaq: "50 il lazımdır" | 16:08 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi | 15:01 Deputat Fazil Mustafa QHT-lərlə bağlı yeni qaydaları izah etdi: Məqsəd nədir? | 14:58 Vilyam Hacıyev azadlığa buraxıldı | 14:49 Müştəri avtoservisdə ustanın beş min manatını oğurladı | 14:33 Skuter sürənlərə məcburi dəbilqə tələbi mikromobilliyə zərbə vura bilər - AÇIQLAMA | 14:22 Həyətyanı torpaqlara çıxarış almaq asanlaşır - Parlament razılıq verdi | 13:52 Axtarışda olan şəxsi gizlətməyin cəzası AÇIQLANDI | 13:22 Ordubadda itkin düşən şəxs Türkiyədə tapıldı | 13:17 İnsan öldükdən sonra onu təhqir edənləri nə gözləyir? – İlahiyyatçıdan AÇIQLAMA | 12:54 Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi tarix açıqlandı | 12:48 Məleykə Abbaszadə tələbələrin şikayətini nəzarətə götürdü, işçi qrup yaratdı | 12:36 İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib |
Mojo.az Avto
Mojo.az Avto

Zaxarova: “Azərbaycanla Naxçıvanı birləşdirəcək yola Rusiya sərhədçiləri nəzarət etməlidirlər” - VİDEO

09.11.2023 18:11 1 770
Zaxarova: “Azərbaycanla Naxçıvanı birləşdirəcək yola Rusiya sərhədçiləri nəzarət etməlidirlər” - VİDEO
"İrəvanın təşəbbüsü son illər Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində müzakirə olunan layihələrlə bir çox cəhətdən uzlaşır”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

Onun sözlərinə görə, üçtərəfli işçi qrupu regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması ilə məşğuldur. Rusiya hesab edir ki, bu proses İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılmasında mühüm rol oynayır, sabitliyə, həmçinin Cənubi Qafqazın tranzit və logistika potensialının açılmasına töhfə verir.

Zaxarova xatırladıb ki, üç ölkənin liderləri 2020-ci ilin payızında Qarabağda hərbi əməliyyatların başa çatmasından cəmi bir neçə ay sonra birgə işçi qrup yaratmaq barədə qərar qəbul ediblər.

"Artıq bu qrupun 12 iclası keçirilib, regional logistika infrastrukturunun hazırkı vəziyyətinin qiymətləndirilməsi, dəmir yolu və avtomobil kommunikasiyaları üçün optimal layihələrin seçilməsi daxil olmaqla, böyük həcmdə işlər görülüb. Tərəflər üçün faydalı olacaq paket həllinə çox yaxınlaşmağa nail olunub”, - deyə rusiyalı diplomat bildirib.
Zaxarova təəssüflə qeyd edib ki, hələlik bu məsələləri başa çatdırmaq mümkün olmayıb. Onun sözlərinə görə, kimlərdəsə bunu etməyə, sadəcə, siyasi iradə çatmır və bu, Rusiya deyil.
Rusiya XİN nümayəndəsi Moskvanın Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış Üçtərəfli bəyanatlara əsasən regionda nəqliyyat kommunikasiyaların açılması proseslərinə bütün lazımi yardımı göstərməyə hazır olduğunu təsdiqləyib.

Kommunikasiyaların mühafizəsi ilə bağlı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin strukturunda xüsusi bölmənin yaradılmasına gəlincə, o aydınlaşdırıb ki, adıçəkilən üçtərəfli sazişlərə müvafiq olaraq, Azərbaycan və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə nəzarət Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti tərəfindən həyata keçirilməlidir.
//oxu.az

Son xəbərlər