Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiya XİN Azərbaycan və Ermənistanla kommunikasiyaların açılması üzrə üçtərəfli komissiyanın işinin bərpasına tərəfdardır

27.03.2025 19:25 1 263
Rusiya XİN Azərbaycan və Ermənistanla kommunikasiyaların açılması üzrə üçtərəfli komissiyanın işinin bərpasına tərəfdardır
Cənubi Qafqazda nəqliyyat kommunikasiyaları ilə bağlı Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən razılaşdırılmış məsələdə İrəvanın rəsmi mövqeyi dəyişibsə, bu, ölkənin suveren hüququ olaraq qalır, lakin Ermənistan bu barədə müvafiq səviyyədə rəsmi bəyanat versəydi, daha düzgün olardı.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi əmindir ki, qeyd olunan formatda hərtərəfli qarşılıqlı əlaqənin tezliklə bərpası təkcə Cənubi Qafqazın nəqliyyat-logistika sisteminin modernləşdirilməsinə və onun Avropa ilə Asiya arasında irimiqyaslı yük daşımalarına inteqrasiyasına kömək etməyəcək, həm də Ermənistanın və bütün regionun sosial-iqtisadi inkişafının mühüm amili olacaq.

M.Zaxarova həmçinin xatırladıb ki, üç ölkənin liderləri arasında əldə edilmiş razılaşmaların tam şəkildə həyata keçirilməsinə Qərb ölkələrinin destruktiv təsiri mane olur:

"Bildiyiniz kimi, həqiqətən də çox mühüm olan bu məsələnin həlli üçün 2020-2022-ci illər ərzində əldə edilmiş ən yüksək səviyyəli üçtərəfli razılaşmalara uyğun olaraq, Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin blokdan çıxarılması üzrə üçtərəfli işçi qrupu yaradılıb.

Bu işçi qrup çərçivəsində qarşılıqlılıq və suverenlik prinsipləri əsasında Ermənistan və Azərbaycan arasında nəqliyyat marşrutlarının həm hüquqi əsaslarının, həm də texniki parametrlərinin razılaşdırılması istiqamətində böyük işlər görülüb. Bəli, biz Qərb ölkələrinin destruktiv təsirini görürük. Bundan başqa, Ermənistan hakimiyyətinin mövqeyi bəzən, hətta tez-tez bizdə suallar doğurur".скачать dle 11.3

Son xəbərlər