Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Zaxarova: “Zəngəzur dəhlizində dəmir yolu əlaqəsinin bərpası ilə bağlı ümumi anlaşma əldə olunub”

18.10.2023 12:38 2 148
Zaxarova: “Zəngəzur dəhlizində dəmir yolu əlaqəsinin bərpası ilə bağlı ümumi anlaşma əldə olunub”
Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının əsas elementidir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Bu məsələ Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi Üçtərəfli İşçi Qrupuna həvalə edilib. Bu günə kimi Üçtərəfli İşçi Qrupunun 12 iclası keçirilib. Dəmir yolu və avtomobil marşrutlarının perspektivi detallı nəzərdən keçirilib”, - deyə rusiyalı diplomat vurğulayıb.

M.Zaxarova qeyd edib ki, Üçtərəfli İşçi Qrupunun 12-ci iclasının yekunlarına əsasən, Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması üsullarının razılaşdırılmasında irəliləyiş qeydə alınıb.

“Arazdəyən-Culfa-Mehri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili üçün konkret addımların həyata keçirilməsi ilə bağlı ümumi anlaşma əldə olunub. Biz öz işimizdə hər iki ölkənin suverenliyinə və yurisdiksiyasına hörmət prinsiplərinə riayət etmək zərurətindən çıxış edirik”, - deyə Mariya Zaxarova əlavə edib.

O, həmçinin vurğulayıb ki, kommunikasiyaların blokdan çıxarılması istiqamətində əldə olunan uğurlar Üçtərəfli İşçi Qrupunun işində əldə olunan uğurlar digər sahələrdəki fəaliyyətlərə də əlavə təkan verəcək.

“Bu, digər məsələlərlə yanaşı, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanmasına, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasına və ictimai fəallarla parlamentarilər arasında dialoqun başlanmasına da aiddir”, - deyə M.Zaxarova fikrini tamamlayıb.

Mənbə: Trendскачать dle 11.3
Mojo.az Banner