Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

Rusiya XİN Azərbaycan və Ermənistan tərəflərinin Almatıda apardıqları danışıqlara münasibət bildirib

15.05.2024 12:33 1 602
Rusiya XİN Azərbaycan və Ermənistan tərəflərinin Almatıda apardıqları danışıqlara münasibət bildirib
“Moskva mayın 10-da və 11-də Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh müqaviləsi üzrə danışıqların keçirilməsini alqışlayır. Cənubi Qafqazda etibarlı və uzunmüddətli sülh və sabitliyin əldə edilməsi istiqamətində daha bir addım atıldı”.

Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin News.ru portalına müsahibəsində deyib.

O, Moskvanın Astananın bu istiqamətdə səylərini tam dəstəklədiyini vurğulayıb.

Yüksəkvəzifəli diplomat, həmçinin, Rusiyanın Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının tam açılmasının tərəfdarı olduğunu qeyd edib.

“2021-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin qərarı ilə yaradılan üçtərəfli İşçi Qrup üç ölkənin baş nazir müavinlərinin birgə sədrliyi ilə məhz bununla məşğul olur”, - deyə o bildirib.

Qaluzin diqqəti Qərb ölkələrinin təzyiqi ilə İrəvanın bu istiqamətdə üçtərəfli qarşılıqlı fəaliyyətin dondurulması barədə qərar qəbul etməsinə yönəldib.

“Üçtərəfli işçi qrup ritmik iş apardı və əhəmiyyətli nəticələr əldə etdi. Belə ki, qrupun 2023-cü ilin iyununda keçirilən 12-ci iclasında Azərbaycan və Ermənistan arasında dəmir yolu əlaqəsinin bərpası və təşkili ilə bağlı ümumi anlaşma razılaşdırılıb. Demək olar ki, hərtərəfli, balanslaşdırılmış razılaşma əldə etdik. Lakin proses dayandı, ancaq burada bizim günahımız yoxdur - İrəvan Qərb dövlətlərinin təzyiqi ilə bu yolda da üçtərəfli əməkdaşlığı dondurmaq qərarına gəlib. Biz təkcə Cənubi Qafqazın nəqliyyat-kommunikasiya sistemini blokdan çıxarmaq üçün deyil, həm də regionda davamlı sülhün bərqərar olması üçün mümkün qədər tez üçtərəfli işçi qrupun tamhüquqlu işini bərpa etməyi zəruri hesab edirik”, - deyə diplomat vurğulayıb.

Son xəbərlər