Mojo.az Banner
16:11 16 yaşlı qıza sataşan şəxs həbs olundu  |     16:03 Keçmiş həyat yoldaşına zorakılıq edən rəqqası hansı cəza gözləyir? - Vəkildən açıqlama  |     15:50 Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı  |     15:46 58 yaşlı kişi sevdiyi qadını alan şəxsi armaturla döydü  |     15:25 Yeni virus Azərbaycana da gələ bilər – Həkimdən xəbərdarlıq  |     15:20 Qalmaqallı şirkətin əməkdaşı külli miqdarda narkotiklə tutulub  |     15:17 Bu tərəvəzin ixracı artdı: Qiymətlər bahalaşacaq  |     15:00 Ermənistanda saxlanılan Azərbaycan əsgəri ilə bağlı ikinci cinayət işi açıldı  |     14:56 “Müəllim belə addım atmamalıdır” – Deputatdan AÇIQLAMA  |     14:48 Azərbaycanda dövlət sərhəddini pozan 20 nəfər saxlanıldı  |     14:45 Rusiyada Azərbaycandan gətirilən qida məhsulları müsadirə olunaraq məhv edilib  |     14:43 Azərbaycan - Litva oyununun hakimləri açıqlandı  |     14:42 Bakıda qarajdan meyit tapıldı  |     14:41 Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar  |     14:23 Sabirabadda oğul anasını amansızlıqla döydü  |     13:09 Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib  |     13:08 30 il sonra azad olmaq istəyir - Əvvəl ölüm cəzası, sonra ömürlük almışdı  |     13:02 Şəmkirdə məktəbdə nöqsanlar aşkarlanıb, direktor işdən çıxarılıb  |     12:35 Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı  |     12:29 Gürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Goranboy polisindən ƏMƏLİYYAT: 19 nəfər saxlanıldı - FOTO

30.10.2023 12:37 1 593
Goranboy polisindən ƏMƏLİYYAT: 19 nəfər saxlanıldı - FOTO
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cari ilin sentyabr-oktyabr ayları ərzində rayon ərazisində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan, dələduzluq, oğurluq, quldurluq, qanunsuz olaraq odlu silah saxlama, qəsdən sağlamlığa zərər vurma, xuliqanlıq və digər cinayətlər törədən ümumilikdə 19 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, həmin şəxslərdən 3-ü narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polisin keçirdiyi əməliyyatlar nəticəsində tutulub.

Həmçinin, qeyd edilən dövr ərzində Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən və zərərçəkənlərin pullarını ələ keçirən 3, evlərdən və avtomobillərdən oğurluqlar edən 5, vətəndaşlara qarşı quldurluq edən bir, qanunsuz olaraq odlu silah saxlayan 4, xuliqanlıq edən və başqa cinayət əməlləri törədən 3 nəfər şəxs də saxlanılaraq istintaqa təqdim olunublar.

Aşkar edilən bütün faktlarla əlaqədar Goranboy Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.


скачать dle 11.3
Mojo.az Banner