Mojo.az Banner
17:22 12 azərbaycanlı dənizdə çarəsiz qalıb: "Hər saniyəmiz ölümdür" - Video  |     17:20 Azərbaycan millisinə məğlubiyyətdən sonra istefa verdi  |     16:50 Korrupsiyaya dair məlumat verənlər dövlət tərəfindən qorunacaq və kompensasiya alacaqlar  |     16:49 İlk dəfə sükan arxasına əyləşərək ölümə səbəb oldu - Hökm oxundu  |     16:48 Korrupsiyanı ifşa edənlər üçün mühüm yenilik: Rəhbər hara şikayət olunacaq?  |     16:47 Korrupsiya barədə məlumat səhv olsa, şikayətçini nə gözləyir?  |     16:46 Şimali Kiprdə faciə: Azərbaycanlıların da olduğu gəmidə batanlardan daha bir nəfərin cəsədi tapıldı  |     16:45 Korrupsiya barədə məlumat verən şəxsin qazandığı mükafatdan vergi tutulacaq?  |     16:39 İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – AÇIQLAMA  |     16:37 Avtomobiliniz 10 ildən köhnədirsə... – Ekspertdən maraqlı açıqlama  |     16:24 Korrupsiyanı xəbər verən şəxs həlak olarsa, ailəsi 20 min manat alacaq  |     16:13 Bu şəxslərə minimum əməkhaqqının 25 mislinədək mükafat veriləcək  |     14:07 Bakıya dayanmadan yağış yağacaq  |     14:02 Naftalanda hoteldən əcnəbinin meyiti tapıldı  |     13:50 Şəkidəki hadisə Ermənistanda generalın istefasına səbəb oldu: Növbə MN-dədir  |     13:43 Ağsuda 40 yaşlı kişi qayınanasını döydü  |     13:24 Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı  |     13:24 Azərbaycanda inşa edilən ilk beynəlxalq yük hava limanının açılış tarixi məlum olub  |     13:23 Qubada 60 yaşlı kişi faciəli şəkildə öldü  |     13:22 Astarada maşın dərəyə aşdı: Ölən var  |    
Mojo.az Avto
Mojo.az Avto

24 milyon manat vergi borcu var - Azərbaycandan Çıxışına Qadağa Qoyulub

30.09.2021 12:42 1 401
24 milyon manat vergi borcu var - Azərbaycandan Çıxışına Qadağa Qoyulub
Azərbaycanda böyük layihələr həyata keçirən türkiyəli iş adamı Abdurrahman Şentürk Azərbaycan dövlətinə 24 milyon manat vergi borcu olmasına görə məhkəməyə verilib.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edib.

Bakı Kommersiya Məhkəməsinə təqdim edilən ərizədə qeyd edilib ki, Abdurrahman Şentürkün dövlət büdcəsinə olan ümumilikdə 23 milyon 997 min 720 manat məbləğində vergi borcu yaranıb. Nazirlik bu borcun ödənilməsini təmin etmək üçün A.Şentürkün ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş edib.

Bakı Kommersiya Məhkəməsi nazirliyin iddiasını təmin edərək 24 milyon vergi borcu olan Abdurrahman Şentürkün Azərbaycanda çıxmasına “Stop” qoyub.

Qeyd edək ki, Abdurrahman Şəntürk 1987-ci ildə Türkiyədə “Bayburt İnşaat” adı ilə yaradılan, hazırda “Bayburt Grup” adlanan tikinti şirkətinin rəhbəridir. “Kor” ləqəbli iş adamı son illərdə Türkiyədə qazandığı dövlət tenderləri ilə diqqət çəkir.

A.Şəntürkün şirkətləri uzun illər Azərbaycanda dövlət tərəfindən aparılan layihələrin icraçısı olub. 2017-ci ildə “Bayburt Grup” Türkiyə Səfirliyinə sənəd təqdim edərək Azərbaycanda 1 milyard dollar dəyərində layihə icra edəcəklərini bildirib.

Gəncə-Qazax yolunun 40 km-lik hissəsinin yeniden qurulması üçün “Bayburt Grup”a daxil olan “Özgün Yapı” şirkətinə 120 milyon dollar ödənilib. “Bayburt Grup”un Azərbaycanla daha bir bağlılığı isə holdinqə daxil olan “Agrobay Seracılık” şirkəti ilədir. Şirkətin saytında Azərbaycana 15 milyon dollarlıq investisiya qoyulduğuna dair xəbər yer alıb. “Azərşəkər” şirkəti ilə ortaq həyata keçirilən layihə 1000 hektar ərazidə suvarma sistemləri, kənd təsərrüfatı və heyvandarlıqla bağlı işlər görüləcəyi qeyd olunub.

Türkiyə mediasının araşdırmasına görə, “Bayburt Grup” rəsmi sənədlərdə Azərbaycanda Dübəndi Havalimanı tikdiyini göstərib.

2017-ci ildə yayımlanan xəbərlərə görə, Şəntürk Türkiyədə də məhkəməyə verilib. Rəsmi sənədlərdə saxtakarlıq və tender qanunsuzluqlarına görə o şübhəli şəxs kimi dindirilib. İttiham aktında Azərbaycanla bağlı məqamlar da olub. Belə ki, Şəntürk tenderdə qalib olmaq üçün 2013-cü ildə Azərbaycanda metro xətti çəkdiyinə dair saxta sənəd təqdim edib.скачать dle 11.3
Mojo.az Banner