Mojo.az Banner
23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |     21:08 "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi  |     21:07 Bakıda məktəbli sinif yoldaşını qətlə yetirdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Sayt rəhbəri Ramiz Göyüşovdan rüşvət alarkən yaxalanıb - TƏFƏRRÜAT + YENİLƏNİB

10.09.2021 15:12 2 907
Sayt rəhbəri Ramiz Göyüşovdan rüşvət alarkən yaxalanıb - TƏFƏRRÜAT + YENİLƏNİB
Azadinfo.az saytının rəhbəri Mahir Xəttab rüşvət alarkən yaxalanıb.

Bu barədə Mahir Xəttabın vəkili Mehman Muradlı deyib.

Vəkil bildirib ki, Mahir Xəttabla görüşüb və faktla bağlı maraqlanıb. Sayt rəhbəri etiraf edib ki, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin keçmiş sədri Ramiz Göyüşovdan 2 min manat alarkən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda Mahir Xəttab barəsində həbs qətimkan tədbirinin seçilməsi məqsədilə Binəqədi Rayon Məhkəməsinə aparılır.

Vəkil bildirib ki, Mahir Xəttab barəsində həbs qətimkan tədbiri seçiləcəyi təqdirdə məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.

// Trend

* * * * *

Azadinfo.az saytının rəhbəri Mahir Xəttab Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.


O, hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Oxu.Az-a faktı təsdiqləyiblər.

Qurumdan bildiriblər ki, ictimaiyyətə əlavə məlumat veriləcək.

Xatırladaq ki, Azadinfo.az saytının rəhbəri Mahir Xəttab dünən axşam saatlarında saxlanılıb.

Qeyd edək ki, YAP Binəqədi Rayon Təşkilatının sədr əvəzi Ramiz Göyüşovun bir neçə gün öncə pornoqrafik videosu yayılıb. Mahir Xəttab mövzu ilə bağlı R. Göyüşovun fikirlərini öyrənib. Sentyabrın 9-da isə sosial şəbəkələrdə Mahir Xəttabın Binəqədi Rayon Təşkilatının sədr əvəzindən hədə-qorxu ilə pul tələb etdiyi barədə iddialar yayılıb.скачать dle 11.3
Mojo.az Banner