Mojo.az Banner
16:47 Korrupsiya barədə məlumat səhv olsa, şikayətçini nə gözləyir?  |     16:46 Şimali Kiprdə faciə: Azərbaycanlıların da olduğu gəmidə batanlardan daha bir nəfərin cəsədi tapıldı  |     16:45 Korrupsiya barədə məlumat verən şəxsin qazandığı mükafatdan vergi tutulacaq?  |     16:39 İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – AÇIQLAMA  |     16:37 Avtomobiliniz 10 ildən köhnədirsə... – Ekspertdən maraqlı açıqlama  |     16:24 Korrupsiyanı xəbər verən şəxs həlak olarsa, ailəsi 20 min manat alacaq  |     16:13 Bu şəxslərə minimum əməkhaqqının 25 mislinədək mükafat veriləcək  |     14:07 Bakıya dayanmadan yağış yağacaq  |     14:02 Naftalanda hoteldən əcnəbinin meyiti tapıldı  |     13:50 Şəkidəki hadisə Ermənistanda generalın istefasına səbəb oldu: Növbə MN-dədir  |     13:43 Ağsuda 40 yaşlı kişi qayınanasını döydü  |     13:24 Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı  |     13:24 Azərbaycanda inşa edilən ilk beynəlxalq yük hava limanının açılış tarixi məlum olub  |     13:23 Qubada 60 yaşlı kişi faciəli şəkildə öldü  |     13:22 Astarada maşın dərəyə aşdı: Ölən var  |     13:14 Borclunun yeganə evi satıla bilərmi? – Hüquqşünasdan AÇIQLAMA  |     13:00 14 yaşlı qızın videolarını yayan şəxs həbs edildi  |     12:52 "70 cür yemək yeyirlər, sonra zəhərlənirlər" – Mütəxəssis  |     12:45 Pendir istehsal edən sexin vəziyyəti təəccübləndirdi - Video  |     12:43 Rəsmi Bakıdan şəhidimizin adını daşıyan gəmiyə dron hücumu məsələsinə reaksiya  |    
Mojo.az Avto
Mojo.az Avto

İki aya narkotikə 70 min verən şəxs: “Bu yol kişi yolu deyil” - VİDEO

09.09.2021 12:46 2 589
İki aya narkotikə 70 min verən şəxs: “Bu yol kişi yolu deyil” - VİDEO
“26 yaşımda dost dediyim insanlar məni bu yola çəkdi. “Nəşə”dən sonra “kakos”, “şüşə”, “heroin”, “kokain”... 70 min manatı iki aya narkotikə verib çəkdim”.

Bunu “ARB Xəbər”in Narkoloji Mərkəzdən hazırladığı süjetdə müalicə alan şəxslərdən biri deyib.

O, narkotikə görə başına gələn hadisələri danışıb:

“Ağır maddələr qəbul edəndən sonra həftələrlə yata bilmirsən. Beyini pozur, havalandırır. İnsanın hər tərəfini yara edir, eybəcər hala salır. Şüşəni istifadə edib vampir formasında olursan, özünü didirsən. Əlinin üstündə heç nə yoxdur, amma elə bilirsən ki, dərinin altında qurd gəzir. Ayaqlar, kürək qırılır, danışa bilmirsən, əsmə gəlir. 80 kiloqram idinsə, olursan 40 kiloqram. Narkotikə qurşanandan evlər, maşınlar getdi, 70 min manatı iki aya narkotikə verdim. İlk dəfə pulsuz təklif edirlər, sonra istəyəndə “bu qədər pul gətir verim” deyirlər. Bunun axırı yoxdur, ailəsini, gələcəyini düşünən bu yola getməz. Bu yol kişi yolu deyil. Mən özümü dəfələrlə öldürmək istəmişəm”.

Sözügedən şəxs bildirib ki, bundan əvvəl müalicə alıb sağalsa da, cəmiyyətdə ona qarşı inamsızlıq olduğu üçün yenidə narkotik istifadə edib:

“Əvvəl burada müalicə alıb, ailəmin yanına getdim. Onlar mənə inanmadılar deyə yenə qayıtdım bu yola. Ona görə bu yoldan əl çəkmək istəyənlərə birinci növbədə inanmaq lazımdır. Sonra isə narkotikdən uzaqlaşmaq istəyənlər ətrafını da dəyişməli, yeni həyata başlamalıdır”.
скачать dle 11.3
Mojo.az Banner