"70 cür yemək yeyirlər, sonra zəhərlənirlər" – Mütəxəssis
Kütləvi zəhərlənmə halları ilə bağlı xəbərlərin qısa zaman ərzində müxtəlif şəhərlərdən gəlməsi qida təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb. Kürdəmirdə "Günəş" restoranında toy məclisindən sonra onlarla şəxsin, Gəncədə məktəblilərin, Sumqayıtda isə 21 şagirdin zəhərlənmə şübhəsi ilə tibbi yardıma müraciət etməsi problemin miqyasını bir daha gündəmə gətirib.
Bəs Azərbaycanda qida zəhərlənmələrinin arxasında əsasən hansı amillər dayanır və bu halların qarşısını almaq üçün nələrə diqqət edilməlidir?
Hadisə ilə bağlı Median.Az-a açıqlama verən qida təhlükəsizliyi üzrə mütəxəssis-ekspert Ağa Salamov bildirib:
"Qida məhsullarının satıldığı hər bir yerdə məkanı kirayəyə verən şəxs diqqətli olmalıdır. Müəssisəni işlədən şəxsin qida bilgiləri mütləqdir. Yüzlərlə şagird bufetdən nəsə alıb yeyir. Xəbərlərdə qeyd olunur ki, şagird məhsulu evdən gətirib. Bu isə inandırıcı görünmür. Sadəcə ört-basdır etməyə çalışılır ki, məktəbin adı çıxmasın".
Ağa Salamovun sözlərinə görə, bufetlərdə satılan ət, katlet, püre, kartof şirniyyatlar və s. ciddi nəzarət altında olmalıdır. Vaxtı keçmiş məhsullara yol verilməməlidir. Övlada sahib olmaq üçün 10 illərlə gözləyən, 20 il uşağı olmayan insanlar var. Uşağı dünyaya gətirmək, böyütmək, oxutmaq əziyyətli prosesdir. Millət uşağı dünyaya gətirmir ki, hansısa məsuliyyətsiz rektor-direktor və ya şəxs tərəfindən uşaqlar zəhərlənməyə məruz qalsın.
Mütəxəssis əlavə edib ki, mən onların adını ona görə çəkirəm ki, bufeti kirayə verib pul qazananlar onlardır. Qanunla proses qida təhlükəsizliyinin nəzarətində olan ketrinqlə həyata keçirilir. Çünki qanunla həmin müəssisələrdə yoxlamalar olur. Proses zamanı soyuq yeməklər soyuq zəncirdə, isti yeməklər də isti zəncirdə daşınaraq, qida zəncirini pozmadan bufetə, universitetə və s. çatdırılır.
"Onu da qeyd edim ki, həmin məhsullar həmin gün şagirdlərə satılmalıdır. Otaq temperaturunda qalmamalı, soyuq qidaları da soyuducularda saxlamaq lazımdır", - deyə A. Salamov xüsusi vurğulayıb.
"Günəş" restoranında baş verən kütləvi zəhərlənməyə də toxunan mütəxəsis deyib:
"Kürdəmirdəki "Günəş" restoranı və onun timsalındakı bütün şadlıq evləri ciddi nəzarətə götürülməlidir. Dövlət şadlıq evlərininin icarəsinə icazə verməməlidir. Çünki bu cür aşağı səviyyəli, təsnifat üzrə bəlkə də 56-cı yeri tutan məkanlara qadağa qoyulmalıdır. Çünki onlar nəyi necə bişirib, necə daşıyıb, necə təqdim etməyi bilmir".
Restoranlarda menyunun azaldılmasını təklif edən Ağa Salamov sərt tənqid edərək bildirib:
"Şadlıq evlərində insanlar 70 cür yemək yeyir. Belə olan halda mədə qarışır, üzərindən də spirtli içki içilir və zəhərlənmə baş verir. Menyu başlanğıc, isti yemək, iki çeşid kabab olsa, bəs edir. Sonda da milli dəyərimiz olan plov olduqda, kifayət edir. Tort, dondurma, çay, meyvə, çərəz, çörək, salatlar, məzələr, kolbasa və saysız-hesabsız aidiyyəti olmayan qidalar fəsadlara yol açır. Sadaladığım bu qidaları yeyən insan əlbəttə ki, zəhərlənəcək".
Ağa Salamov kütləvi zəhərlənmələrin qarşısını almaq üçün cərimə mexanizmlərindən bəhs edərək sonda yekunlaşdırıb:
"Restoranlarda uyğunsuzluq aşkar olundu və 800 nəfərlik obyektin 200-300 nəfəri zəhərləndi. Yoxlama aparılmalı, yeməklərdən nümunələr götürülməlidir. Toy sezonu olduğu üçün bunu tez-tez həyata keçirməlidirlər. Mütləq şəkildə səyyar qrup AQTA tərəfindən mütləq şəkildə təftiş aparmalıdır. Uyğunsuzluq aşkar olunan müəssisələrdə də xəbərdarlıq etmədən, çox ciddi cərimə tətbiq olunmalıdır".
Dəniz Pənahova
Median.Az
Bəs Azərbaycanda qida zəhərlənmələrinin arxasında əsasən hansı amillər dayanır və bu halların qarşısını almaq üçün nələrə diqqət edilməlidir?
Hadisə ilə bağlı Median.Az-a açıqlama verən qida təhlükəsizliyi üzrə mütəxəssis-ekspert Ağa Salamov bildirib:
"Qida məhsullarının satıldığı hər bir yerdə məkanı kirayəyə verən şəxs diqqətli olmalıdır. Müəssisəni işlədən şəxsin qida bilgiləri mütləqdir. Yüzlərlə şagird bufetdən nəsə alıb yeyir. Xəbərlərdə qeyd olunur ki, şagird məhsulu evdən gətirib. Bu isə inandırıcı görünmür. Sadəcə ört-basdır etməyə çalışılır ki, məktəbin adı çıxmasın".
Ağa Salamovun sözlərinə görə, bufetlərdə satılan ət, katlet, püre, kartof şirniyyatlar və s. ciddi nəzarət altında olmalıdır. Vaxtı keçmiş məhsullara yol verilməməlidir. Övlada sahib olmaq üçün 10 illərlə gözləyən, 20 il uşağı olmayan insanlar var. Uşağı dünyaya gətirmək, böyütmək, oxutmaq əziyyətli prosesdir. Millət uşağı dünyaya gətirmir ki, hansısa məsuliyyətsiz rektor-direktor və ya şəxs tərəfindən uşaqlar zəhərlənməyə məruz qalsın.Mütəxəssis əlavə edib ki, mən onların adını ona görə çəkirəm ki, bufeti kirayə verib pul qazananlar onlardır. Qanunla proses qida təhlükəsizliyinin nəzarətində olan ketrinqlə həyata keçirilir. Çünki qanunla həmin müəssisələrdə yoxlamalar olur. Proses zamanı soyuq yeməklər soyuq zəncirdə, isti yeməklər də isti zəncirdə daşınaraq, qida zəncirini pozmadan bufetə, universitetə və s. çatdırılır.
"Onu da qeyd edim ki, həmin məhsullar həmin gün şagirdlərə satılmalıdır. Otaq temperaturunda qalmamalı, soyuq qidaları da soyuducularda saxlamaq lazımdır", - deyə A. Salamov xüsusi vurğulayıb.
"Günəş" restoranında baş verən kütləvi zəhərlənməyə də toxunan mütəxəsis deyib:
"Kürdəmirdəki "Günəş" restoranı və onun timsalındakı bütün şadlıq evləri ciddi nəzarətə götürülməlidir. Dövlət şadlıq evlərininin icarəsinə icazə verməməlidir. Çünki bu cür aşağı səviyyəli, təsnifat üzrə bəlkə də 56-cı yeri tutan məkanlara qadağa qoyulmalıdır. Çünki onlar nəyi necə bişirib, necə daşıyıb, necə təqdim etməyi bilmir".
Restoranlarda menyunun azaldılmasını təklif edən Ağa Salamov sərt tənqid edərək bildirib:"Şadlıq evlərində insanlar 70 cür yemək yeyir. Belə olan halda mədə qarışır, üzərindən də spirtli içki içilir və zəhərlənmə baş verir. Menyu başlanğıc, isti yemək, iki çeşid kabab olsa, bəs edir. Sonda da milli dəyərimiz olan plov olduqda, kifayət edir. Tort, dondurma, çay, meyvə, çərəz, çörək, salatlar, məzələr, kolbasa və saysız-hesabsız aidiyyəti olmayan qidalar fəsadlara yol açır. Sadaladığım bu qidaları yeyən insan əlbəttə ki, zəhərlənəcək".