Pendir istehsal edən sexin vəziyyəti təəccübləndirdi - Video
Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin əməkdaşları tərəfindən Ağcabədi rayonu, Hacıbədəlli kəndində fəaliyyət göstərən fərdi sahibkar Ruslan Eldar oğlu Rüstəmova məxsus pendir sexində plan üzrə yoxlama aparılıb.
Bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, yoxlama zamanı müəssisədə istismar olunan bir ədəd buxar qazanının üzərində quraşdırılmış qoruyucu klapanın yoxlanılmadığı və texniki şəhadətləndirilməsinin aparılmadığı müəyyən edilib.
Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, buxar qazanının istismarı agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.