Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:40 Valideynlərin cibinə, uşaqların dərs yükünə daha bir zərbə: Yeni imtahan təklifi | 16:16 "TikTok"da telefon satışı adı ilə dörd nəfəri aldadıb pullarını qumara qoydu – Cəzalandırıldı | 16:13 Orta aylıq maaşla Bakıda ev almaq: "50 il lazımdır" | 16:08 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi | 15:01 Deputat Fazil Mustafa QHT-lərlə bağlı yeni qaydaları izah etdi: Məqsəd nədir? | 14:58 Vilyam Hacıyev azadlığa buraxıldı | 14:49 Müştəri avtoservisdə ustanın beş min manatını oğurladı | 14:33 Skuter sürənlərə məcburi dəbilqə tələbi mikromobilliyə zərbə vura bilər - AÇIQLAMA | 14:22 Həyətyanı torpaqlara çıxarış almaq asanlaşır - Parlament razılıq verdi | 13:52 Axtarışda olan şəxsi gizlətməyin cəzası AÇIQLANDI | 13:22 Ordubadda itkin düşən şəxs Türkiyədə tapıldı | 13:17 İnsan öldükdən sonra onu təhqir edənləri nə gözləyir? – İlahiyyatçıdan AÇIQLAMA | 12:54 Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi tarix açıqlandı | 12:48 Məleykə Abbaszadə tələbələrin şikayətini nəzarətə götürdü, işçi qrup yaratdı | 12:36 İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib | 12:34 Valideynlər uşaqları internet təhlükələrindən necə qorumalıdır? | 12:25 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı | 12:23 Bəzi texnikaların idxalı ƏDV-dən azad olunacaq | 12:22 Beynəlxalq yükdaşımaya vergi güzəşti təklif edilir | 11:51 Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb |
Mojo.az Avto
Mojo.az Avto

Bakı polisindən genişmiqyaslı əməliyyat: 16 nəfər SAXLANILDI - FOTO/VİDEO

07.09.2021 16:41 2 895
Bakı polisindən genişmiqyaslı əməliyyat: 16 nəfər SAXLANILDI - FOTO/VİDEO
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zabrat, Bilgəh, Bakıxanov, Balaxanı və digər qəsəbələrində narkotik vasitələrin satışı ilə məşğul olan 16 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əməliyyat zamanı əvvəlcə narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən Arzu Əliyev saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə gətirilib.

Onun üzərində şəxsi axtarış zamanı 1 kiloqram 50 qram narkotik vasitə heroin aşkar edilib. Saxlanılan şəxs ifadəsində əsasən rayonun Zabrat, Balaxanı, Bilgəh və digər qəsəbələrində narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib. Arzu Əliyev narkotik vasitələri onlayn yolla xarici ölkələrdən birində yaşayan şəxsdən aldığını bildirib.

Bundan başqa Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri digər əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan paytaxt sakini Elxan Zeynalabdinov və oğlu Fərid Zabrat qəsəbəsində saxlanılıblar. Bu şəxslərdən hazır satış üçün qablaşdırılan 11 büküm ümümi çəkisi 15 qram olan heroin, 14 büküm psixotrop maddə metamfetamin və 28 ədəd kibrit qutusunda satış üçün nəzərdə tutulan 71 qram marixuana aşkar edilib.

Elxan və Fərid Zeynalabdinovlar ifadələrində Sabunçu rayonunun kənd və qəsəbələrində narkotik vasitələlərin satışı ilə məşğul olduqlarını etiraf ediblər.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyatlar zamanı rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 13 nəfər - İlqar Həsənov, Mahir Əliyev, Famil Əzimov, Fazil Qədimov, Kazım Orucov, Zamin Sadıqzadə, Malik Məmmədov, Taryel Səlimov, Rəcəb Bağırov, Elçin Əliyev, Nadir Kərimov, İranə Quliyeva və Ləman Abdullayeva saxlanılıblar.

Onların da üzərindən külli miqdarda heroin, metamfetamin aşkar edilərək götürülüb. Bu şəxslər izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar başlanılıb. Adları sadalanan şəxslər istintaqa cəlb olunublar və barələrində araşdırmalar davam etdirilir.

Hazırda narkotik vasitələrin dövriyyədən çıxarılması istiqamətində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Son xəbərlər