Mojo.az Banner
19:30 Nazirlik havaların soyuması ilə əlaqədar əhaliyə müraciət etdi - VİDEO  |     19:24 Tacikistanın 8 vətəndaşı Azərbaycanda təhsil alacaq  |     19:15 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb  |     19:10 Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanıldı  |     19:03 Kirayə mənzil üçün yeni müraciətlərin qəbulu niyə dayandırıldı? - VİDEO  |     18:47 Yumurta bişirəndə bu səhvləri etməyin  |     18:42 Rusiyada bazara BASQIN: azərbaycanlılar cərimələndi - VİDEO  |     18:33 Valideynlərin nəzərinə: Uşaq oyuncaqları ilə bağlı yeni və sərt tələblər təsdiqləndi  |     18:31 84 yaşlı kişi silahdan açılan atəş nəticəsində öldü  |     18:28 Bakıda 3 nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğın: "Loft Klinika"nın direktoru məhkəmədə ifadə verdi  |     18:11 Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT İnsan Hüquqları Şurasında qəbul edildi  |     17:59 Ermənistanın müdafiə naziri: "Saxlanılan Azərbaycan əsgəri diversant deyil"  |     17:38 Sabah bu 5 kənddə qaz olmayacaq  |     17:37 Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ  |     17:30 Pensiyaların ödəniləcəyi tarix açıqlandı  |     17:27 Bakı-Qazax yolunda maşın aşdı - Ölən və yaralananlar var  |     17:09 Bakıda 10 minə maral başı satılır  |     17:06 Psixotrop dərman qalmaqalı olan bağçanın direktoru işdən çıxarıldı  |     17:05 Tokayevlə Ələkbərovun görüşündə nələr müzakirə olundu?  |     16:29 Bakıda 24 yaşlı Fatimənin öldürüldüyü hadisənin - Görüntüləri (Video)  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda qadın narkotacir və tanışı saxlanılıb - FOTO/VİDEO

31.08.2021 13:35 1 746
Bakıda qadın narkotacir və tanışı saxlanılıb - FOTO/VİDEO
Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakıxanov qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakini Nərmin Aydınova saxlanılıb.

Bu barədə Daxili işlər Nazirliyi məlumat yayıb.

Şəxsi axtarış zamanı onun üzərindən 9 qram heroin və 8 qram psixotrop maddə metamfetamin aşkar edilib.

Nərmin Aydınova ifadəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu və heroinlə metamfetamini tanışı Ayxan adlı şəxsdən satmaq məqsədi ilə aldığını bildirib.

Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirlərinin davamı olaraq Nərmin Aydınovaya narkotik vasitələri satan Sabunçu rayon sakini, əvvəllər məhkum olunmuş Ayxan Quliyev də saxlanılıb. Onun da üzərində şəxsi axtarış aparılan zaman heroin və metamfetamin aşkar edilib. Bu şəxs ifadəsində narkotik vasitələri Nərmin Aydınovaya satdığını etiraf edib. Araşdırma zamanı Ayxan Quliyevin narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə onlayn yolla aldığı məlum olub.

Qeyd edilən faktlarla bağlı 13-cü Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib. Saxlanılan şəxslərin ətraflarında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
скачать dle 11.3
Mojo.az Banner