Mojo.az Banner
23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |     22:27 Ayselin aliment ödəməyən əri həbs olundu  |     22:22 Leyla Əliyeva Laçının vəhşi təbiətindən paylaşım etdi - VİDEO  |     22:15 Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü  |     22:09 "Rəqəmsal rabitə" informasiya sistemi nəyə xidmət edəcək?  |     22:02 Gənc əsgər vəfat etdi  |     21:57 Toyuq kəsimi sexində antisanitar vəziyyət - FOTOLAR  |     21:50 Minimum əməkhaqqı, pensiya və müavinətlər bu qədər arta bilər  |     21:45 Sabah yağış yağacaq  |     21:36 Bir gecədə Rusiyanın 6 SU-34 təyyarəsi məhv edildi  |     21:31 Yeni Böyük Çin Səddi tikilir  |     21:24 Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib  |     21:08 Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi  |     20:55 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb  |     20:48 Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"  |     20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Gənclər arasında narkotik vasitələrin təbliği və satışı ilə məşğul olan şəxs saxlanılıb - VİDEO

21.08.2021 15:35 1 020
Gənclər arasında narkotik vasitələrin təbliği və satışı ilə məşğul olan şəxs saxlanılıb - VİDEO
Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat-axtarış tədbiri nəticəsində Qobu və Hökməli qəsəbələrində gənclər arasında narkotik vasitələrin təbliği və satışı ilə məşğul olan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən əməliyyat zamanı əvvəllər də eyni əmələ görə dəfələrlə məhkum olunmuş Abşeron rayon sakini Ağamədi Niyazov yaşadığı Hökməli qəsəbəsində tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 12 qrama yaxın narkotik vasitə heroin, 5 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar olunub. Saxlanılan şəxs ifadəsində Hökməli və Qobu qəsəbələrində narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib.

Qeyd edək ki, təyin edilmiş ekspertiza zamanı Ağamədi Niyazovdan aşkar edilən elektron tərəzinin üzərindən heroin izlərinin aşkar edilməsi və psixotrop maddələrin hazır bükümlər şəklində bölünərək qablaşdırılması onun bir daha narkotik vasitələrin satışı ilə məşğul olduğunu deməyə əsas verir.

Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında onun narkotik maddələri əldə etdiyi mənbənin aşkar olunması istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner