Mojo.az Banner
22:48 Cabbar Musayev qərar imzaladı  |     22:41 Bayram öncəsi bazarlarda son qiymətlər - VİDEO  |     22:36 Hüccətülislam Tayebi Kanadaya qaçdı - GÖRÜNTÜ  |     22:28 Milyonluq tenderlər udan şirkət işçiləri müqaviləsiz işlədirmiş - 20 min cərimə  |     22:20 “Müctəba Xameneinin heç bir problemi yoxdur”  |     22:09 İran raketlərlə hücum etdi: azərbaycanlılar da yaralandı  |     22:03 Bu BÜRCLƏR xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır  |     21:40 Yarış atını kəsilib qovurma bişirdilər - İş adamı 132 min cərimə edildi  |     21:32 "Qarabağ" "Zirə"ni məğlub etdi  |     21:29 Bakıda məşhur mədəniyyət evi restoran kimi fəaliyyət göstərir? (VİDEO)  |     21:12 Müharibəni dayandırın!  |     21:05 Ramazanın 25-ci günündə imsak və iftar VAXTI  |     20:48 "Oleq Bakınski"nin ölkəyə giriş və yaşamaq icazəsi ləğv edildi - YENİ QƏRAR  |     20:42 Gəncədə evdən meyit tapıldı  |     20:34 Tramp: İran təslim olacaq  |     20:26 Mələkxanım Əyubovadan qızı ilə bağlı paylaşım  |     20:14 Hakan Fidan: İran Türkiyəyə raket atılması ilə bağlı iddiaları təkzib edir  |     20:08 Neftçalada 38 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb  |     19:56 Martın 15-16-sı ilə bağlı XƏBƏRDARLIQ  |     19:51 İsrailə raket hücumları başladı  |    
Left Banner
Right Banner

Azərbaycanda müşahidə olunan faktiki hava AÇIQLANDI

29.07.2021 13:06 708
Azərbaycanda müşahidə olunan faktiki hava AÇIQLANDI
İyulun 27-si axşamdan 29-u səhərədək ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, yağan intensiv və güclü yağışlar nəticəsində Balakən-Şəki bölgəsindəki çaylarından, Əyriçay, Şinçay, Kürmükçay, Balakənçay, Qabırrı-Kəsəmən (Şəmkir), Qanıx çaylarında sululuq artıb, bəzi dağ çaylarından sel keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya xidmətinin verdiyi məlumata əsasən ayrı-ayrı yerlərdə güclü şimal-qərb küləyi əsib.

Yağıntının toplam miqdarı Ləzədə (Qusar) 65 mm (aylıq normanın 218 %-i), Balakəndə 49 mm (aylıq normanın 63 %-i), Zaqatalada 44 mm (aylıq normanın 60 %-i), Şahdağda 42 mm, Oğuzda 38 mm (aylıq normanın 57 %-i), Qazaxda 35 mm, (aylıq normanın 110 %-i), Kişçayda (Şəki) 35 mm (aylıq normanın 58 %-i), Şəkidə 34 mm (aylıq normanın 56%-i), Qusarda 30 mm (aylıq normanın 110%-i), Lənkəranda 28 mm (aylıq normanın 201%-i), Lerikdə 25 mm (aylıq normanın 151%-i), Astarada 23 mm (aylıq normanın 69%-i), Sarıbaş (Qax) 23 mm, Qrızda 22 mm, Quba, Xınalıqda 17 mm, Qəbələdə 15 mm, Nabranda 14 mm, Ağstafada 12 mm, Tovuz, Qax, Gəncədə 10 mm, Ceyrançöldə 9 mm, Tərtərdə 7 mm, Şəmkir, Şərurda 5 mm, Mingəçevir, Xaçmazda 4 mm, Şabran, Yardımlı, Yevlaxda 3 mm, Qax, Gədəbəy, Ağdərə (Ordubad), Göygöl, İsmayıllı, Bərdə, Şahbuzda 2 mm, Daşkəsən, Sədərək, Xaltan, Naxçıvan, Şamaxı, Qobustan, Naftalan, Salyan, Göyçay, Zərdab, Kürdəmir, Biləsuvar, Beyləqan, Cəfərxan, Salyan, Maştağa, Bakıda 1 mm-dək olub.

Şəmkirçay Qalakənddə diametri 22 mm, Gədəbəy rayonu Miskinli kəndində diametri 5-6 mm, Plan kəndində və Gəncə şəhərinin bəzi yerlərində leysan yağışlarla bərabər xırda dənəli dolu yağıb.

Şimal-qərb küləyi arabir Daşkəsən, Neftçalada 25 m/s, Salyanda 23 m/s, Naftalanda 22 m/s, Şirvanda 21 m/s, Altıağac, Ağstafada 20 m/s, Çeyrançöldə 19 m/s, Xaçmaz, Şamaxı, Qobustan, Naxçıvan, Hacıqabulda 18 m/s, Şabranda 17 m/s, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda Maştağa, Bakıda 35 m/s, Sumqayıtda 31 m/s, Qum adasında 30 m/s, Pirallahı, Çilov adasında 29 m/s, Neft Daşlarında 28 m/s, Qum yataqda 26 m/s, Binədə 24 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 6 metrə çatıb.

İyulun 29-u səhər saatlarından şimal-qərb küləyi 8-13 m/s-dək mülayimləşib.

İyulun 29-u gündüz, 30-da ölkə ərazisində hava şəraitinin mülayim, gün ərzində əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu tədricən yüksələcək.скачать dle 11.3
Mojo.az Banner