Mojo.az Banner
12:15 Azərbaycan nefti bahalaşdı - Son qiymət  |     12:11 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik  |     12:10 Azad olunmuş ərazilərdə ilk dəfə genişmiqyaslı birgə hərbi təlim keçirilir  |     12:07 Gecə saatlarında iki ölkədə güclü zəlzələ  |     11:46 Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı  |     11:44 Sükan arxasında ailə mübahisəsi ölümcül ola bilər  |     11:33 Həyət evinin qarşısında bunu edənlərin diqqətinə – 12 min manat cərimə oluna bilərsiniz  |     11:28 Astroloqdan xəbərdarlıq: Bu ay plastik əməliyyatlardan uzaq durun  |     11:26 Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı  |     11:24 İran rialının ucuzlaşması Azərbaycanda malları ucuzlaşdıracaq? Ekspertdən AÇIQLAMA  |     11:21 "TikTok" Azərbaycanda vergi uçotuna alındı  |     23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |    
Mojo.az Avto
Mojo.az Avto

FAKTİKİ HAVA: Bəzi çaylardan sel keçir

27.06.2024 13:04 768
FAKTİKİ HAVA: Bəzi çaylardan sel keçir
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

İyunun 27-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit, küləkli, yağıntılı hava şəraiti müşahidə olunub.

Bəzi yerlərdə leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub. Şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 9 mm-dək (aylıq normanın 90%-i), Lənkəran-Astara zonasında 45-83% (aylıq normanın 102-182%-i), Dağlıq Şirvan bölgəsində 10-47 mm (aylıq normanın 80-104%-i), Balakən-Şəki bölgəsində 17-45 mm (aylıq normanın 40-72%-i), Qazax-Gəncə bölgəsində 10-31 mm (aylıq normanın 25%-i), Mərkəzi aran rayonlarında 34 mm-dək (aylıq normanın 78-131%-i), Quba-Qusar bölgəsində 31 mm-dək (aylıq normanın 62%-i), Qarabağ və Şərqi Zəngəzur bölgəsində 12 mm, Naxçıvan MR-də isə 10 mm-dək olub.

Yağan intensiv yağışlar nəticəsində iyunun 27-də gecə saatlarında Astara rayonu ərazisindən axan Təngərüdçaydan, səhər saatlarında isə Şabran rayonu ərazisindən axan Gilgilçaydan, Qobustan rayonu ərazisindən axan Pirsaatçaydan sel keçir. Ölkə ərazisində iyunun 26-da müşahidə olunan güclü şimal-qərb küləyi səhər saatlarından zəifləyib.

İyunun 27-gündüz və 28-də ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.скачать dle 11.3
Mojo.az Banner