Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda qar yağdı - FAKTİKİ HAVA

01.11.2019 13:03 3 682
Azərbaycanda qar yağdı - FAKTİKİ HAVA
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, oktyabrın 31-i gündüzdən ölkə ərazisində hava şəraiti dəyişib, yağış yağıb, bəzi yerlərdə intensiv və güclü olub, Xınalıq və Şahdağda qar yağıb.

Düşən yağıntının miqdarı Lənkəranda 49, (aylıq normanın 20 faizi), Sarıbaşda (Qax) 38, Zaqatalada 25 (aylıq normanın 25 faizi), Bakıda 17 (aylıq normanın 60 faizi), Qazıməmməddə 16 (aylıq nomranın 52 faizi), Zabratda 14 (aylıq normanın 50 faizi), Binədə 12 (aylıq normanın 43 faizi), Pirallahıda 10 (aylıq normanın 42 faizi), Balakəndə 10, Xaçmaz, Qubada 9, Maştağada 8, Sumqayıtda 4, Ağsu, Şabranda 6, Qəbələ, İsmayıllıda 4, Altıağac, Mərəzədə 3, Sabirabad, Şamaxı, Kürdəmir, Qusar, Qırızda 2, Xaltan, Oğuz, Naftalan, Xınalıq, Tərtər, Yevlax, Göyçay, Zərdab, İmişli, Cəfərxan, Biləsuvar, Yardımlıda 1 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Xınalıqda 1 sm olub.

Hazırda Bakıda havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enib və bu da iqlim norması daxilindədir.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti noyabrın 4-ü gündüzədək davam edəcək .

скачать dle 11.3

Son xəbərlər