Mojo.az Banner
SON DƏQİQƏ
21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |     19:36 Qaraciyər xərçənginə qarşı yeni dərman hazırlanıb  |     19:25 Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər  |     19:15 Bərdədə pasiyenti döyən sanitar qadın indi də xəstəxananı şantaj edib  |     19:10 "Qarabağ" - "Neftçi" oyunu başladı - Canlı  |     19:06 Moskvada 103 aviareys təxirə salınıb  |     18:44 Qazaxda avtomobil 12 yaşlı qızı vurdu  |     18:23 Azərbaycanda quş əti və yumurta istehsalı artıb  |     18:10 Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb  |     17:58 Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi  |     17:50 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarının fəaliyyətində problemlər müşahidə olunur - Foto  |     17:46 Tələbələrin təqaüdləri artırılacaq?  |     17:22 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Dalğanın hündürlüyü altı metrə çatıb - FAKTİKİ HAVA

01.07.2019 12:32 1 590
Dalğanın hündürlüyü altı metrə çatıb - FAKTİKİ HAVA
Ölkə ərazisində iyunun 30-u gündüzdən iyulun 1-i səhərədək qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, Daşkəsən rayonuna dolu düşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, qərb küləyi əsib, ayrı-ayrı yerlərdə güclənib.

Xaltan, Qrızda 37 mm (aylıq normanın 41 faizi), İsmayıllıda 34 mm, Göyçayda 24 mm (aylıq normanın 53 faizi), Qəbələdə 18 mm (aylıq normanın 16 faizi), Şamaxıda 18 mm (aylıq normanın 29 faizi), Xaçmazda 17 mm (aylıq normanın 93 faizi), Astarada 16 mm (aylıq normanın 35 faizi), Altıağacda 14 mm, Daşkəsən, Qusar, Sarıbaşda 13 mm, Lerik, Ağsu, Yevlaxda 11 mm, Kişçay (Şəki), Lənkəranda 10 mm, Xınalıq, Mərəzə, Ağdam, Gədəbəydə 9 mm, Şabran, Yardımlıda 8 mm, Zaqatala, Tərtərdə 6 mm, Şahdağda və Şəkidə 5 mm, Ağdərə (Ordubad), Quba, Bərdədə 4 mm, Göygöl, Oğuzda 3 mm, Ağstafa, Gəncə, Naftalan, Tovuzda 2 mm, Şahbuz, Şəmkir, Balakən, Mingəçevir, İmişli, Sabirabad, Cəfərxan, Salyan, Qazıməmməd, Biləsuvar, Neftçala, Nabranda 0.5-1 mm yağış yağıb.

30 iyun 20:35-20:45 radələrində Daşkəsəndə diametri 12 mm olan dolu düşüb.

Qərb küləyi Naftalanda 32 m/s, Mingəçevir, Gəncə, Ağstafa, Şahbuzda 20 m/s, Salyan, Ağdamda 18 m/s, Zərdabda 17 m/s, Neftçalada 15 m/s, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 18-23 m/s, arabir 25-30 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 5,8 metrə çatıb.скачать dle 11.3

Son xəbərlər