23:01 "Reuters": Şəkərin qiyməti son illərin ən aşağı səviyyəsinə enib  |     22:46 Gəncədə tələbələr dəm qazından zəhərləndilər  |     22:37 Axşam bu cihazı mütləq cərəyandan ayırın: nə televizor, nə də telefon adapteridir  |     22:15 Dünyaşöhrətli boksçu Pakyaoya vəzifə verildi  |     22:09 Roma Papası Türkiyəyə səfər edəcək  |     22:08 “Bəzi peşələr yoxa çıxacaq” - “ChatGPT”nin yaradıcısı  |     22:00 Göygöldə fermadan heyvanların oğurlanması ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB  |     21:57 Oktyabrın sonunda yalnız bir bürcü UĞUR GÖZLƏYİR  |     21:52 İsraildə son iki ildə ilk dəfə fövqəladə vəziyyət ləğv edildi  |     21:48 COVID-19 qayıdır: Türkiyədə "Frankenşteyn" variantı aşkarlandı  |     21:30 Bu dərmanlar pulsuz veriləcək  |     21:20 “Zəfər” şahmat turniri keçirildi - Fotolar  |     21:03 "Xanımıma o qədər əziyyət vermişəm ki..."  |     20:48 Bakıda “Molotov kokteyli” ilə terror hazırlayarkən tutulan İŞİD üzvünə - Hökm oxundu  |     20:20 Naxçıvanda yük maşını ilə minik avtomobili toqquşub, ölən var  |     20:13 Mehdiyev dövləti bu 50 nəfərlə "idarə edəcəkmiş" - ŞOK SİYAHI  |     20:07 Süni İntellekt üzrə Milli Mərkəz yaradırlar  |     19:50 Rəşad Dağlı əməliyyat olundu  |     19:46 Binadan yıxılıb ölən Kəmalənin - Fotosu  |     19:30 Səxavət Məmmədov kimdir? - Ölümünü yuxusunda görən sənətkar  |    

Şahdağa 2 sm qar yağdı

Son iki gündə Şahdağa yağan qar nəticəsində orada 2 sm qar örtüyü əmələ gəlib, Qaxda isə diametri 16 mm olan dolu yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, gözlənildiyi kimi mayın 20-si gündüzdən 21-i gündüzədək rayonlarda hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub, yağan intensiv yağışla əlaqədar Kürmükçay və Əyriçayda qısamüddətli daşqın keçib, ayrı-ayrı yerlərdə dolu düşüb. Yüksək dağlıq rayonlarda Şahdağda qar yağıb, 2 sm qar örtüyü əmələ gəlib.

Böyük Qafqazda – Qaxda ( Sarıbaş) 94 (aylıq normanın 91 faizi), Şəkidə 56 (aylıq normanın 54 faizi), Oğuzda 42 (aylıq normanın 40 faizi), Qəbələdə 33 (aylıq normanın 27 faizi), Şəkidə (Kişçay) 29 (aylıq normanın 28 faizi), Qırızda 26 (aylıq normanın 30faizi), Şahdağ, İsmayıllıda 23 (aylıq normanın 19 faizi), Altıağacda 20 (aylıq normanın 28 faizi), Xaltan, Balakəndə 18, Şamaxıda 14, digər rayonlarda 0,6-9 mm, Mərkəzi Aran rayonlarında -Kürdəmirdə 35 (aylıq normanın 92 faizi), Mingəçevirdə 13, digər rayonlarda 0,3-7 mm, Kiçik Qafqazda- Göygöldə 22 (aylıq normanın 19 faizi), Gədəbəydə 16, Daşkəsəndə 11 mm, Qazax-Gəncə zonasında – Tovuz (Zəyəmçay Ağbaşlar) 24, Tovuzda (Kirən) 17, digər rayonlarda 0,7-14 mm, Naxçıvan MR-da – Culfada (Ərəfsə) 28 (aylıq normanın 85 faizi), Ordubadda (Nurgütdə) 28 mm (aylıq normanın 66 faizi), Lənkəran-Astara zonasında – Lerikdə 7, Biləsuvarda 2, Lənkəranda 0.7 mm yağıntı düşüb.

Bakıda və Abşeron yarımadasında Bakıda 0,4, Sumqayıtda 0,3 mm yağıntı qeydə alınıb.

Şəki-Sarıbaş HMS-nın verdiyi məlumata əsasən saat 20:15-22:00 radələrində Sarıbaşda diametri 13, İlisuda 16, Daşkəsəndə (Dəstəfurçay Qaraqollar) 9, Şəkidə 0,8 mm olan dolu düşüb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 419 21.05.19 23:07