Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir - FAKTİKİ HAVA

24.04.2020 16:01 1 421
Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir - FAKTİKİ HAVA
Ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, aprelin 24-ü gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, əksər rayonlarda yağış, dağlıq ərazilərdə qar yağıb, bəzi yerlərdə intensiv olub.

Düşən yağıntının miqdarı Lənkəranda 27 mm (aylıq normanın 48 faizi), Sarıbaş (Qax), Astarada 25 mm, Daşkəsəndə 21 mm, Tərtərdə 20 mm, Göygöl, İsmayıllıda 19 mm, Yardımlı, Ağsu, Qəbələdə 18 mm, Sədərəkdə 17 mm, Göyçayda 16 mm (aylıq normanın 32 faizi), Mingəçevirdə 25 mm (aylıq normanın 73 faizi), Zərdabda 16 mm (aylıq normanın 52 faizi), Kürdəmirdə 16 mm (aylıq normanın 46 faizi), Şəki, Beyləqanda 16 mm (aylıq normanın 52 faizi), Gədəbəydə 16 mm, Biləsuvarda 15 mm (aylıq normanın 44 faizi), Ağdərə (Ordubad), Zaqatalada 15 mm-ə çatıb.

Həmçinin, düşən yağıntı miqdarı Sabirabadda 14 mm (aylıq normanın 44 faizi), Bərdə, Ağstafa, Naftalan, Kişçay (Şəki), Şahbuz, Şəmkir, Oğuzda 14 mm, Yevlax, Göytəpədə 13 mm, Neftçala, Tovuz, İmişlidə 12 mm, Ordubad, Gəncə, Balakəndə 11 mm, Xaltan, Qrız, Mərəzə, Lerik, Salyan, Cəfərxan, Xınalıq, Şərur, Qusar, Altıağac, Ağdam, Şahdağ, Ceyrançöl, Qazıməmməd, Culfa, Xaçmaz, Naxçıvan, Şabran, Qubada 2-10 mm, Sumqayıt, Bakı, Binədə 4 mm, Zabrat, Maştağada 3 mm, Pirallahıda 2 mm, Çilov adası, Neft Daşlarında 1 mm olub. Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax), Əlibəydə (Şəki) 26 sm, Daşkəsəndə 23 sm, Qrızda 13 sm, Xınalıq, Gədəbəydə 12 sm, Kişçayda (Şəki) 8 sm, Şahdağda 6 sm, Ağdərədə 3 sm, Altıağac, Xaltanda 2 sm olub.

Şimal-qərb küləyi arabir Neftçalada 20 m/s, Abşeron yarımadası və Abşeron rayonunda 15-20 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.5 metrə çatıb. Havanın temperaturu iqlim normasından 3.5 dərəcə aşağı olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 9-11, aran rayonlarında 9-15, dağlıq rayonlarda 0-2, Naxçıvan MR-da 14-19 dərəcə isti, havanın minimal temperaturu dağlıq rayonlarda 3-5, yüksək dağlıq ərazilərdə 8 dərəcə şaxta olub.

Son xəbərlər