Mojo.az Banner
19:14 8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək  |     18:57 Tanınmış bloqerin keçmiş həyat yoldaşı həbs edildi - Səbəb  |     18:44 Rusiya TRIPP layihəsində iştirak etməyə hazırdır  |     18:38 Rüşvət alarkən yaxalanan bələdiyyə sədrinə ağır cəza  |     18:32 Qusarda vəhşi heyvanlar üç nəfərə xəsarət yetirib  |     18:28 Saleh Səmədova hökm oxundu  |     18:26 Uşaqlarının gözü qarşısında silah istifadə edən reper karyerası barədə qərar verdi  |     17:20 Lavrov Azərbaycana təşəkkür etdi  |     17:19 Milli Məclisin sədri Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri ilə görüşüb  |     16:47 Nəsimi Musayevin atası: "Ən böyük arzum oğlumla danışmaqdır"  |     16:42 Nazirliyin bölmə rəisi rüşvət verməyən şəxsi evsiz qoyub - Məhkəmə  |     16:39 Bakıda maşını xarab olan sürücü həbs olundu  |     16:34 Azərbaycan üçün yeni mərhələ: AQEM sammiti hansı fürsətləri yaradır?  |     16:26 Laos prezidenti Azərbaycanın regional rolundan danışdı  |     16:20 Ətin qiyməti ilə PİS XƏBƏR – Yaxın zamanda...  |     16:17 Hakan Fidan və Sergey Lavrov Bakıda görüşdülər  |     16:15 Emoməli Rəhmon İlham Əliyevə təşəkkür etdi  |     16:08 “Ailə məsələsidir” deyib susmayın: Tanınmış psixoloqdan xəbərdarlıq  |     16:05 Qırğızıstan Azərbaycanın AQEM-də sədrliyinin uzadılması təşəbbüsünü dəstəkləyir  |     15:47 Ekoloq: "Günəş panellərinin tullantıya çevrilməsinə indidən hazırlaşmalıyıq, yoxsa..."  |    
Mojo.az Avto
Mojo.az Avto

Saatlı sakininin evindən külli miqdarda narkotik vasitələr və ov silahı aşkarlandı

23.07.2021 13:51 1 806
Saatlı sakininin evindən külli miqdarda narkotik vasitələr və ov silahı aşkarlandı
Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası və satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs ələ keçib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, rayon sakini, 57 yaşlı Ramiz Nəciyev şübhəli şəxs qismində saxlanılıb.

Onun yaşadığı evə baxış keçirilən zaman oradan sellofan torbalarda qablaşdırılan ümumi çəkisi 5 kiloqram 225 qram olan qurudulmuş marixuana, bir ədəd tərəzi və müvafiq sənədləri olmayan ov silahı, eləcə də evin yaşayış olmayan otaqlarının birindən quruması üçün saxlanılan 18 ədəd çətənə bitkiləri aşkar edilərək maddi sübut kimi götürülüb.

Dindirilmə zamanı R.Nəciyev qanunazidd əməllə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Saatlı RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Nazirliyin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Mehman Ocaqov saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman iki bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Araşdırmalar zamanı o, narkotik vasitəni 50 manat pul müqabilində Vüsal adlı şəxsdən aldığını bildirib.

Keçirilən növbəti tədbirlər zamanı rayonun Düyərli kənd sakini Vüsal Ağayev də saxlanılıb. Onun evinə baxış keçirilən zaman dörd bükümdə heroin, iki bükümdə psixotrop maddə olan metamfetamin (“patı”) aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner