Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:03 Əsgər ölümündən əvvəl ürəyindən şikayətlənibmiş... - Həkimə bu cəza verildi | 16:59 Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq | 16:48 16 yaşlı oğlan atasının avtomobilini qaçıraraq aşırdı - FOTO | 16:32 Saatlıda ekoloji cinayət: Qanunsuz balıq ovlayan şəxs 260 saat ictimai işlərə cəlb edildi | 16:18 Peşə təhsilində 33 yeni ixtisas yaradılıb | 16:09 Azərbaycanda artıq ödənilmiş vergilərin geri qaytarılması sadələşdirilib | 16:03 Mərdəkanda köşkdə 7400 manatlıq aksizsiz siqaret aşkarlandı | 16:00 Bursada xanımını 146 qayçı zərbəsi ilə öldürən Azərbaycan vətəndaşına ömürlük həbs tələbi | 15:45 Avtomobil sahiblərini ciddi dəyişikliklər gözləyir: Köhnə maşınlara məhdudiyyət GƏLİR | 15:31 İlham Əliyev Edqars Rinkeviçsə məktub göndərdi | 15:25 Oğuzda avtoxuliqanlıq edən sürücü həbs olunub | 15:14 Azərbaycan Prezidenti Oman Sultanını təbrik etdi | 15:04 Leyla Əliyeva "Yaradıcılıqla üz-üzə" adlı konsertdən paylaşım edib - FOTO | 15:01 "Boşanıram" deyən arvadını döydü, uşaqlarını öldürməklə hədələdi: Cərimələndi | 14:28 Sabah 21 dərəcə isti olacaq - Proqnoz | 14:24 Sumqayıt bulvarında 20 yaşlı oğlan dənizdə batıb - VİDEO | 14:12 "Range Rover" gətirəcəyəm" deyib 261 min manatdan çox pul aldı - Bakıda dələduzluq | 14:00 Taksi sürücüləri üçün vergi qaydası dəyişir | 13:58 Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur | 13:55 Əlilliyə görə pensiya alanların sayı 128 mindən çox azalıb: Beş ilin rəqəmləri |
Mojo.az Avto
Mojo.az Avto

Çinin borcu tarixi rekordu təzələyib

30.06.2021 11:20 891
Çinin borcu tarixi rekordu təzələyib
Son 10 ildə Çinin borcu əhəmiyyətli dərəcədə böyüyüb və ölkə hökuməti üçün ən ciddi problemlərdən birinə çevrilib.

Bu barədə CNBC xəbər verib.

Pekin artan öhdəliklərin səviyyəsini iqtisadi sabitlik üçün potensial təhlükə hesab edir və son illərdə ölkə onlardan asılılığını azaltmağa çalışıb. Lakin koronavirus böhranı səbəbindən bu istiqamətdə işlər dayandırılmalı olub.

Pandemiya müəssisələrə təsir edib, buna görə hökumət şirkətlərin kredit almasını asanlaşdırmaq məcburiyyətində qalıb. Bu qərara görə, ölkənin bank sisteminin gəliri nəzərəçarpacaq dərəcədə azalıb. 2020-ci ilin payızında, dünyanın ən böyük kredit təşkilatı olan Industrial & Commercial Bank of China (ICBC) pul qıtlığı və rekord borc vəsaitlərinə ehtiyac ilə qarşılaşıb.

Nəticədə, 2020-ci ilin üçüncü rübündə borc səviyyəsi tarixi rekord qırıb: Beynəlxalq Hesablaşmalar Bankının məlumatlarına görə, borc ÜDM-in təxminən 290 faizini təşkil edir.

Son xəbərlər