Mojo.az — elanlar
Son Xəbərlər
22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |     20:54 4 rayonda qanunsuz ağac kəsimi aşkarlandı - Təbiətə 40 min manatlıq ziyan  |     20:49 Naxçıvanda bütün sosial müavinətlər ödənildi  |     20:40 Buraxılış və ali məktəblərə qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqləndi  |     20:35 İordaniyada kilsədə atışma olub - Ölənlər var  |     20:28 Moskvada uçuşlar dayandırıldı - Hava limanları boşaldılır  |     20:22 Göyçayda evlərdən 24 min manat oğurlandı  |     20:14 Azərbaycanda müəllim vəfat etdi  |     20:09 Bu ölkə rus diplomatları "arzuolunmaz" şəxs elan etdi  |     20:01 Amerikalı aktyor vəfat etdi  |     19:55 Ağsuda kafedə pivə almamaq üstündə yeniyetməni öldürmək istədilər - TƏFƏRRÜAT  |    
Mojo.az Avto
Mojo.az Avto

Borc yükü artır - Əhalini və bankları nə gözləyir?

18.04.2025 21:59 918
Borc yükü artır - Əhalini və bankları nə gözləyir?
2024-cü ildə Azərbaycan əhalisinin sərəncamında qalan gəlirlərdə müsbət artım dinamikası müşahidə edilsə də, əhalinin borc yükünün sərəncamda qalan gəlirdə payının artımı müşahidə edilir.

Bu barədə məlumat Mərkəzi Bankın yaydığı sənəddə qeyd olunub. Sənədə əsasən, əhalinin borc yükünün sərəncamda qalan gəlirlərinə nisbəti ötən ilin sonu ilə müqayisədə 2,2 faiz bəndi artaraq 18 % olub. Bununla bağlı banklar arasında sorğu keçirilib. Keçirilən kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğunun nəticələrinə əsasən də bankların 15 %-i əhalinin borclanmasında orta dərəcədə artım olduğunu bildirilib.

Bütün bunları nəzərə alaraq, borc yükünün sərəncamda qalan gəlirlərə nisbətinin 18 %-ə yüksəlməsi hansı risklərə səbəb ola bilər? Əhalinin artan borclanması bank sektoru üçün hansı problemlərə yol aça bilər?

Valyuta.az-a mövzunu şərh edən bank məsələləri üzrə ekspert Cəfər İbrahimlinin sözlərinə görə, əksər ölkələrdə əhalinin borc yükündə kredit həcminin artması ehtiyat edilən məsələlərdəndir, ona görə də normativlər daxilində nəzarət edilməyə, saxlanılmağa çalışılır: “Doğudur, bizim üçün bu göstərilən artımlar hələ o qədər də təhlükəli deyil. Əhalinin borc yükünün yüksək olduğu dövrlərdə iqtisadi aktivliyin azalması resessiya zamanı ciddi risk yaradır və işsizliklə nəticələnə bilər. İşsizlik dövründə fiziki şəxslərin öhdəliklərini yerinə yetirə bilməməsi, xüsusilə istehlak kreditlərinin ödənilməsində yaranan çətinliklər bankların likvidliyinə və kredit portfelinə mənfi təsir göstərir. Bu proseslər isə banklar, maliyyə sektoru üçün də təhlükə yaradır. Buna görə də bütün ölkələr birölçülü normativ daxilində yanaşma ortaya qoyur. Mərkəzi banklar da buna nəzarət edir”.

Ekspert vurğulayıb ki, Azərbaycada 2015-2016-cı ildən sonra bu normativlər dəyişdirilərək beynəlxalq standartlara uyğunlaşdırıldı: “Hesab edirəm ki, hazırda bu normativlər çərçivəsində nəzarət olunur. Borc yükünün artması bütün reallıqlara uyğun gedir. Ona görə də 1-2 faiz borc yükünün artması maliyyə sektoru üçün də, şəxslər üçün də ciddi təhlükə və həyəcan təbil çalan bir vəziyyət deyil”.

Son xəbərlər