Mojo.az Banner
12:01 Keçmiş yeznəsini qız adı ilə "TikTok"da aldadıb evə çağırdı  |     11:39 Prezidetin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - DOSYE  |     11:14 Bir qrup prokurorluq əməkdaşına medallar verildi - SƏRƏNCAM  |     19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |    
Mojo.az Avto
Mojo.az Avto

Vəfat edən şəxsin pensiya kapitalı vərəsəyə veriləcək? - AÇIQLAMA

27.11.2025 22:25 564
Vəfat edən şəxsin pensiya kapitalı vərəsəyə veriləcək? - AÇIQLAMA
"Dünyasını dəyişən şəxsin pensiya kapitalının istifadəsi məsələsi müzakirə edilən məsələlərdəndir".

Bunu "Unikal"a açıqlamasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, parlamentin Əmək və sosial siyasət komitəsinin ilk iclasında bu istiqamətdə həmkarları tərəfindən təkliflər təqdim olunub:

"Təkliflərin bir qismi həmin kapitalın 30%-nin vərəsəyə verilməsi ilə bağlı idi. Pensiya kapitalından daha səmərəli istifadə olunması və dünyasını tez dəyişən vətəndaşlarımızın pensiya kapitalının bir hissəsinin vərəsəsinə transfer edilməsi məqsədəuyğun hesab olunur. Təbii ki, bu istiqamətdə fiskal qiymətləndirmə aparılmasına ehtiyac var. Maliyyə qiymətləndirilməsi aparıldıqdan sonra bu istiqamətdə qərarların verilməsi mümkündür. Bütün hallarda bununla bağlı təkliflər təqdim edilib".

Deputat qeyd edib ki, bu sahəyə aid qurumlar tərəfindən qiymətləndirmə aparıldıqdan sonra hansı qərarın veriləcəyi ilə bağlı aydınlıq yaranacaq: "Bir sıra ölkələrin, eləcə də Sinqapurun təcrübəsini nəzərə alsaq, pensiya kapitalının bir hissəsindən istifadə imkanlarının verilməsi, xüsusilə dünyasını tez dəyişən vətəndaşlarımızın pensiya kapitalının vərəsəsinə transfer imkanlarının yaradılması məqsədəuyğundur. Dövlət Sosial Müdafiə Fondunun dayanıqlığını qorumaq şərtilə qiymətləndirmənin aparılması və ona uyğun qərar verilməsini məqsədəuyğun hesab edirik".скачать dle 11.3
Mojo.az Banner