Mojo.az Banner
21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |     21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |     21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |     20:49 Nömrə satışı adı altında 3 600 manatlıq dələduzluq  |     20:44 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli həyatı (VİDEO)  |     20:36 Formula 1 Bakının iqtisadiyyatına nə qədər təsir edir?  |     20:31 Bakıda mənzillər sürətlə bahalaşır: Son vəziyyət (VİDEO)  |     20:18 Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?  |     20:10 Gələn il orta illik inflyasiya nə qədər olacaq?  |     20:03 Telefonla danışmayın, ağacların altında dayanmayın! - Nazirlikdən xəbərdarlıq  |     19:56 Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanıb  |     19:51 Mal əti bahalaşdı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Əhaliyə ŞAD XƏBƏR - Bütün növ pensiyalar artacaq - Bu tarixdən...

25.07.2024 22:38 810
Əhaliyə ŞAD XƏBƏR - Bütün növ pensiyalar artacaq - Bu tarixdən...
"Pensiyadakı artımlar indeksləşdirmə və eyni zamanda yardımların verilməsi formasında həyata keçirilir. Əmək pensiyaları hər il yanvar ayında indeksləşdirilir və bu, əvvəlki ildə orta aylıq əmək haqqıdakı artım faizinə uyğunlaşdırılır".

Bunu Baku.ws-ə açıqlamasında Milli Məclisin VI çağırış deputatı Vüqar Bayramov bildirib.

O əlavə edib ki, 2024-cü ildəki orta aylıq əmək haqqıdakı artım faizinə uyğun olaraq, 2025-ci ilin yanvarın birindən etibarən bütün növ əmək pensiyalarında artımlar olacaq:

"Eyni zamanda, yardımların verilməsi ilə bağlı təkliflər də təqdim olunub və bu istiqamətdə müzakirələr getməsi növbəti dövrlərdə hansı istiqamətdə qərarların veriləcəyini bəlli edəcək.

Amma bütün hallarda mövcud qanunvericiliyə əsasən, əmək pensiyalarının indeksləşdirilməsi həyata keçirilir və bu, yanvar ayından tətbiq olunacaq. Eyni zamanda pensiya kapitalının və inflyasiya faizinin indeksləşdirilməsi həyata keçiriləcək. Həm əmək pensiyalarında, həm də pensiya kapitalındakı artımlar əvvəlki illərdə orta aylıq əmək haqqı və ya inflyasiya səviyyəsinə uyğun olaraq reallaşacaq.

Əmək pensiyaları orta aylıq əmək haqqındakı artım faizinə, pensiya kapitalı isə inflyasiya faizinə uyğun olaraq artırılır. Bu da, xüsusən də əməli pensiya yaşı tamam olmayan, amma gələcəkdə pensiya olacaq vətəndaşlarımızın pensiya kapitalının artmasına və onların daha çox pensiya almasına imkan yaradan faktorlardan biridir.

Konkret rəqəmlər ilin ikinci yarısında bəlli olacaq və xüsusən də payız aylarında müəyyənləşəcək. Bununla bağlı artıq konkret rəqəmlərin təqdimatı və eyni zamanda pensiya kapitalında hansı faiz artımın olmasını təqdim etmək mümkün olacaq. Bütün hallarda qanunvericiliyə əsasən, artıq 2024-cü il yekunlaşdıqdan sonra orta aylıq əməkhaqqındakı artım faizinə uyğun olaraq, növbəti ilin yanvarından etibarən bütün növ əmək pensiyalarında artımlar qeydə alınacaq".скачать dle 11.3
Mojo.az Banner