Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda bu şəxslərin pensiyası artacaq

03.12.2024 15:24 1 089
Azərbaycanda bu şəxslərin pensiyası artacaq
Əmək pensiyaçılarının sayını nəzərə alsaq, indeksləşdirmə nəticəsində 1 milyon 100 min vətəndaşımızın gələn ildən pensiya məbləğlərində artım qeydə alınacaq.

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib. 

O qeyd edib ki, 2024-cü ildə əmək pensiyaları üçün 6 milyard 525 milyon manat manat nəzərdə tutulub.

"Deməli, indeksləşdirmə kifayət qədər böyük pensiya fondu üzərindən aparılacaq və bu da sosial təminat siyasətinin səmərəlliyini göstərir. Eyni zamanda, əmək pensiyaçılarının sayını nəzərə alsaq, indeksləşdirmə nəticəsində 1 milyon 100 min vətəndaşımızın gələn ildən pensiya məbləğlərində artım qeydə alınacaq.
Sosial mediada suallar verilir, nə üçün orta aylıq əməkhaqqındakı artım faizinə uyğunlaşdıraraq indeksləşdirilir. Əvəlla, son 5 ilə nəzərə salsaq, nominal orta aylıq əməkhaqqındakı artım faizi həmin müddət üzrə orta inflyasiya səviyyəsini üstələyib. Deməli, əməkhaqqı artımına bağlılıq vətəndaşlarımızın pensiya məbləğinin daha çox artmasına imkan yaradır. Digər tərəfdən, DSMF-in büdcəsi əsasən məcburi sosial sığorta yığımları hesabına formalaşır. Sosial sığorta yığımları həcmi isə ölkə üzrə ümumi əməkhaqqı fondunun məbləğinə bağlı dəyişir. Yəni, bu o deməkdir ki, əməkhaqqı fondu nə qədər çox artırsa, sosial ayırmalar o qədər artır. Bu həmçinin o deməkdir ki, əmək pensiyalarının indeksləşdirilməsinin orta aylıq əməkhaqqındakı artıma indeksləşdirilməsi bir tərəfdən vətəndaşlarımız üçün daha çox pensiya artımı demək olmaqla yanaşı, həmçinin DSMF-in dayanıqlığının qorunub saxlanmasına imkan yaradır. Yəni, fond əməkhaqqı fondundakı artımlar hesabına əldə edilən yığımlar hesabına pensiyaları indeksləşdirərək fiskal dayanıqlığını qoruyub saxlayır",- o deyib.

Son xəbərlər