Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

Maaş, pensiya və sosial yardımlar nə vaxtdan artacaq?

13.08.2024 12:16 2 208
Maaş, pensiya və sosial yardımlar nə vaxtdan artacaq?
"Minimum əməkhaqqının artırılması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təkliflər hazırlanıb, artıq bununla bağlı ictimaiyyətə məlumat verilib. Gözlənilir ki, noyabrın birinədək təkliflər hazırlanıb təqdim olunacaq".

Bu sözləri Baku.ws-ə iqtisadçı Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, məhz müzakirələrdən sonra minimum əməkhaqqının artırılacağı ilə bağlı qərarın veriləcəyi gözlənilir:

"Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər bu ilin payızında yekunlaşacaq, hazırlanması və təqdim olunması, daha sonra qərarın verilməsi reallaşa bilər.

Pensiyalardakı artımlar indeksasiya ilə həyata keçirilir. İndeksasiya hər ilin əvvəlində baş verir və 2025-ci ilin əvvəlində 2024-cü ildə orta aylıq əməkhaqqındakı artıma uyğun olaraq indeksasiya ilə bağlı qərarın veriləcəyi gözlənilir.

Eyni zamanda, əvvəlki illərdə, məsələn, 2022-ci ildə Prezidentin göstərişi ilə pensiyaçılara yardımlar verilib. Bununla bağlı altıncı çağırış Milli Məclisdə də təkliflər təqdim olunub. Düşünür ki, bu istiqamətdə fiskal yükün qiymətləndirilməsi və hesablanması həyata keçirildikdən sonra məhz uyğun qərarın verilməsi istisna deyil".

Vüqar Bayramov əlavə edib ki, əsas məsələlərdən biri məhz fiskal qiymətləndirmənin həyata keçirilməsi və tələb olunan maliyyə yükü, büdcə tərəfindən ayrılacaq vəsaitin müəyyənləşdirilməsidir:

"Nəzərə alsaq ki, 2024-cü ildə Qarabağ və Şərqi Zəngəzurun bərpası, müdafiə və milli təhlükəsizliyi üçün ayrılan vəsaitin həcmində artımlar var və bu istiqamətdə prioritetdir.

Amma bütün bunlarla yanaşı, təbii ki, sosial istiqamətdə prioritetlərini qoruyub saxlayıb və son dörd sosial paketə dövlət büdcəsindən əlavə olaraq 7 milyard manat vəsait xərclənib. Bu ondan xəbər verir ki, sosial paketin dərinləşməsi və sosial siyasətin dəstəklənməsi də prioritet olaraq qalmaqdadır

Təbii ki, fiskal gəlirlərimizə uyğun olaraq bu istiqamətdə addımların atılacağı gözlənilir. Minimum əməkhaqqının artırılması ilə bağlı müzakirələrin noyabrın birinə qədər tamamlanacağını nəzərə alsaq, gözlənti ondan ibarətdir ki, bu kontekstdə artımlarla bağlı müzakirələr və təkliflərin təqdim edilməsi bu ilin noyabrın birinə qədər tamamlana bilər. Daha sonra məhz dövlət büdcəsinin gəlirlərinə uyğun olaraq bu istiqamətdə addımların atılacağı gözlənilir".

Son xəbərlər